Səhifəni çap et
Çərşənbə, 16 Oktyabr 2019 15:21

İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir

ergarden 021019Məktəbəhazırlıq qruplarında işə cəlb edilmiş müəllimlər ibtidai iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidir. Trend-in məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, bu yaşda uşaqların fiziki, emosional, intellektual səviyyəsi 6-7 yaşlı uşaqlardan fərqlənir. Buna görə də məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, daha intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.

R.Tağıyev qeyd edib ki, 2019-2020-ci tədris ilində isə paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 189 uşaq cəlb olunub:

"Növbəti addımlarımızın daha sərrast və məqsədyönlü olması üçün bu günün təcrübəsini diqqətlə təhlil etməli, öyrədərək öyrənməliyik. Qarşıdakı müddətdə ümumi təhsil məktəbində məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin fəaliyyətinin monitorinqini və müvafiq nəticələrin qiymətləndirilməsini təşkil etməyi əsas məqsəd kimi düşünürük".

Oxunub 91 dəfə