Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 01 Oktyabr 2019 16:16

"Açılan divarlar" və "Ümidin yaradılması" layihələrinin təqdimat mərasimi keçirilib

leyla aliyeva kompleks 011019 5Sentyabrın 30-da Nəsimi festivalı çərçivəsində Qala qəsəbəsində "Açılan divarlar" ictimai incəsənət layihəsinin təqdimatı olub. Trend-in məlumatına görə, layihənin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Ötən ildən həyata keçirilən layihədə yeddi əcnəbi və iki yerli qrafiti rəssamı iştirak edərək köhnə sənaye anbarı üzərində inanılmaz divar rəsmləri yaradıblar.

Bildirilib ki, layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların "urban/street art" (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunur.

Əsas məqsəd yalnız məşhur rəssamların işlərini göstərmək deyil, həmçinin yerli istedadları da bu layihəyə cəlb etmək olub.

Qeyd edilib ki, Nəsimi şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində bu il, həm də uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə "Ümidin yaradılması" sosial-mədəni layihəsi də həyata keçirilib. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb.

Festival çərçivəsində bu köynəklərin nümayişi də olub. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.

Sonra qonaqlar hər iki layihə ilə tanış olublar.

Oxunub 54 dəfə