Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 30 Sentyabr 2019 16:51

Bir gündə 650 min ağac əkilməsi üçün hazırlıqlara başlanılıb

etsn agacekme 180316  17Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünün realizə olunması üçün hazırlıqlara başlanılıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, həmin gün əkilməsi nəzərdə tutulan ağacların tədarükü gedir və hər bölgənin iqlim və relyefinə uyğun ağac növlərindən istifadə olunması üçün çeşidləmə aparılır: “Hesab edirik ki, bu təşəbbüs hər kəsə ağac əkmək fürsəti verir, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək və ölkədə yeni bir rekorda imza atılacaq. Bu nəcib təşəbbüslə bağlı ölkəmizin bütün bölgələrində hazırlıq işləri aparılır".

Milli Məclisin deputatı Qənirə Paşayeva jurnalistlərə açıqlamasında bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü tovuzlular tərəfindən də dəstəklənir: “Həmin təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir və tovuzlular da bu aksiyaya fəal qoşulacaqlar”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İmadəddin Nəsiminin irsinin təbliği, dünyaya tanıdılması və 650 illik yubileyinin yaddaqalan olması məqsədilə xeyirxah təşəbbüs irəli sürüb. Təşəbbüs çərçivəsində noyabrda Azərbaycanda bir gündə 650 min ədəd ağac əkilməsi nəzərdə tutulur.

Oxunub 91 dəfə