Səhifəni çap et
Çərşənbə axşamı, 18 İyun 2019 14:56

ELS Müstəqil Araşdırmalar Mərkəzi Respublika İncəsənət Gimnaziyasının musiqi kollektivinə təşəkkür edir

İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivlərinə təşəkkür edir

ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyi ilə əlaqədar iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təşkil etdiyi “Şənlən, mənim xalqım” adlı qala-konsertdə çıxış edən Aytən Əhmədovanın rəhbərlik etdiyi Respublika İncəsənət Gimnaziyasının musiqi kollektivinə təşəkkür edir.

Qeyd edək ki, qala-konsert Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində keçirilib. 

FOTOQALEREYA

Oxunub 172 dəfə