Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« January 2015 »
Mon Tue Wed Thu Fri Sat Sun
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 13 Yanvar 2015 13:58

NƏNƏM

ƏNƏM

Dayanmısan qarşımda

Vüqarlı bir dağ kimi.

Saçların ağarıbdır

Dağ başında qar kimi.

İşıq saçar hər yana

Günəş çıxdığı zaman.

Sənsə şəfəq saçırsan

Bərq vuran günəş kimi.

Gecələr göy üzünü

Aydınlatan aydırsa,

Sən aydan da nurlusan,

Mənimçün nur saçırsan!

Materialın kateqoriyası Əliyev Rauf
Çərşənbə axşamı, 13 Yanvar 2015 13:58

GÜLNAZ NƏNƏM

GÜLNAZ NƏNƏM

Evimizin bəzəyisən

Şəkərdən də şirinsən.

Sən mənim bir dənəmsən

Ay mənim Gülnaz nənəm!

Gül kimi ətirlisən,

Nazlısan, qəmzəlisən,

Ayımsan, günəşimsən,

Ay mənim Gülnaz nənəm.

Evimizdə böyüksən,

Amma uşaq kimisən.

Sənə söz demək olmur

Hər şeydən inciyirsən

Ay mənim Gülnaz nənəm.

Materialın kateqoriyası Əliyev Rauf
Çərşənbə axşamı, 13 Yanvar 2015 13:57

QƏHRƏMAN OLUM

QƏHRƏMAN OLUM

Ağatlı oğlan, Cırtdan,

Məlikməmməd, İsgəndər

Nağıl qəhrəmanları,

Dillər əzbəridirlər.

İstəyirəm mənim də

Adım gəzsin dillərdə.

Mən də olum qəhrəman

Yaxşı əməllərimlə!

Haqqın yoluyla gedim,

Xeyirxah işlər görüm.

Qeyrətli oğlan kimi

Hər zaman yadda qalım!

Materialın kateqoriyası Əliyev Rauf
Çərşənbə axşamı, 13 Yanvar 2015 13:56

YOLLARDA OL DİQQƏTLİ

YOLLARDA OL DİQQƏTLİ

Bircə an beynimdən çıxara bilsəm

Qara xəbər gələn dəhşətli anı.

Ürəyim dayandı, dondu qanım da

O acı xəbəri eşidən vaxtı.

Qəzaya uğradı gül balam mənim

Daha bitməz bağda gülüm, çiçəyim

Gül-çiçək olmasa bülbül də ötməz

Bülbülü susduran gözəl mələyim.

Sükan arxasına keçən sürücü,

Nə olar yollarda ol sən diqqətli!

Yaddan çıxarma ki, ömür qısadır.

Allahın verdiyi can əmanətdir!

Materialın kateqoriyası Əliyev Rauf
Çərşənbə axşamı, 13 Yanvar 2015 13:55

Ana Vətən!

 

Ana Vətən!

Ana! Bu adın mənası dərin,
Ana! Söylədikcə döyünür qəlbim.
Mən dil açanda "Ana" söylədim
Bu sözü vətənimlə bir qoşa çəkdim!

Vətənim Ana Vətən, söyləyirəm mən!
Vətənini sevirsən, anan kimi sən?
Əgər sevmirsənsə aç qulağını,
Dinlə bu Azərbaycan vətəndaşını!

Öyünmə ki, Azərbaycan vətəndaşısan,
Dilini, dinini sevməyirsənsə.
Anan böyüdüb ki, əsgər olasan,
Vətənin keşiyində ər tək durasan!

Koroğlunun, Babəkin göz bəbəyi bu

Tapdaqlar altında olan bu torpaq.
Babaların bizlərə əmanətidir
Qızıl sərvətlərlə dolan bu torpaq!

Materialın kateqoriyası Zeynəb Əhmədova
Çərşənbə axşamı, 13 Yanvar 2015 11:27

Ata

Hörmətli gözəl atam

Sən bizimçün əzizsən.

Yaşayıb, yaşadırsan

Hörmətinlə bizi sən.

Materialın kateqoriyası Səmra Muxtarova
Çərşənbə axşamı, 13 Yanvar 2015 11:27

Anam

Sən bizə can deyəndə

Sevinir ürəyimiz.

Anam, anam, can anam,

Gülür daim üzümüz.

Materialın kateqoriyası Səmra Muxtarova
Çərşənbə axşamı, 13 Yanvar 2015 11:26

Yurdum

Yurdumun mərd oğulları

Həcər kimi qızları var.

Hər birinin ürəyində

Tükənməyən arzusu var.

Materialın kateqoriyası Səmra Muxtarova
Çərşənbə axşamı, 13 Yanvar 2015 11:26

Vətən

Vətən doğmadır bizə

Ömrümüzə bəzəkdir.

O hər şeydən üstündür

Hamımıza gərəkdir.

Materialın kateqoriyası Səmra Muxtarova
Çərşənbə axşamı, 13 Yanvar 2015 11:20

Azərbaycan

Azərbaycan! Sən mənim qəlbimsən,

Gözümün nurusan, sevincimsən.

Həyatda anam kimi əzizsən

Hər şeydən dəyərli bir incisən.

Materialın kateqoriyası Səmra Muxtarova