Çərşənbə axşamı, 28 Oktyabr 2014 15:33
Yeni uşaq mahnıları AzTV-nın canlı efirində
ELS-ın təqdimatı davam edir
Oktyabrın 28-də Azərbaycan Dövlət Televiziyasının “Səhər” əyləncəli-informasiya proqramında ELS Müstəqil Araşdırmalar Mərkəzinin AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi çərçivəsində “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnıları təqdim olunub.
Materialın kateqoriyası
Xəbərlər