Səhifəni çap et
Çərşənbə axşamı, 23 Oktyabr 2012 06:52

Böyük cib

SAMUİL MARŞAK

Böyük cib

(Tərcüməçi Hikmət Ziya)

 

Mənim öz tanışımdır

Bu şəkildəki uşaq.

Böyük bir cibi vardır

Onun döşlüyündə, bax!

 

Əlinə keçsə hər nə,

Vanya qoyur cibinə.

Hey şişir, şişir cibi

Gündən-günə Vanyanın.

Qayka, mix, göy də kran

Var cibində, oğlanın.

 

Gedir anası ilə

O, körpələr evinə.

Ona iki fəsəli

Verdilər bu gün yenə. –

Biri ərinmiş yağlı,

О birisi qaymaqlı.

 

Birincisini yedi.

Amma ikincisini

"Evə aparım" dedi.

 

Bükdü о fəsəlini,

Sonra qatladı bir də.

О yan-bu yana baxıb,

Tez gizlətdi cibində.

 

О istədi südü də

Gətirib gəlsin evə.

Südü cibdə aparmaq

Asan deyil, sən demə.

Cibi tamam isladıb,

Süd axdı birdən-birə.

Ağ yağış damcıladı

Elə bil, cibdən yerə.

 

Heyf ki, cib nə stəkan,

Nə səhəngdir, nə qazan!

 

Gəzməyə aparırlar

Uşaqları sahilə.

Ayaqqabılarını

Vanya geyməyib hələ...

 

Vanya yuxudan sonra,

Məstlərini itirib.

Sən demə, onları da

O, cibinə ötürüb.

 

Nə böyükdür, cib deyil, -

Çamadandır elə bil!

 

Gör necə doldurulub

Ağzınadək çamadan.

Sınıq qaşıq, meymuncuq,

Nələr sallanır ondan...

 

Atın nallı ayağı,

Zürafə, ayı, quzu,

Gildən olan inəyin,

Ucu iti buynuzu...

 

Qırmızı, həm zolaqlı

Təbil itmişdir, təbil.

Uşaqlar hey axtarır,

Divanın altda deyil,

Masanın altda deyil.

 

Dayə görür Vanyanın

Cibi şişmişdir yaman. –

Yoxsa, təbil də sənin

Cibindədir, ay oğlan?..

 

Bəli, elə belədir.

Amma, sən işə bax, bir.

Təbil onun cibinə

Əsla girmir ki, girmir.

 

Təslim olmadı təbil, -

Cibsə tamam söküldü,

Hər şey yerə töküldü.

Axı cib deyil rezin,

Parusindir, parusin.

Oxunub 6726 dəfə