Səhifəni çap et
Bazar ertəsi, 03 Sentyabr 2012 07:30

TÜLKÜ VƏ QURD

QASIM BƏY ZAKİR

TÜLKÜ VƏ QURD

 

Bir rubəhi-kühənsalə gedirdi,

Qismət üçün seyri-aləm edirdi

 

Obadan kənara gördü, ittifaq,

Atıblar səhrayə bir dünbeyi-çağ.

 

Diqqət ilə baxıb, tələni seçdi,

Yavuğa düşməyib, uzaqdan keçdi.

 

Gəzər ikən oldu bir qurda düçar,

Dedi:- Filan yerdə yaxşı tömə var...

 

Biçarəni çəkə-çəkə gətirdi,

Bir azca qalmışdı quyruğu gördi.

 

Dedi:- “ Təəccübəm, sən belə şeyə,

Düçar oldun, özün yemədin niyə?”

 

Dedi:- “Boynumda var qəza orucum,

Tutmuşam ki, saqit ola borcum”.

 

Soxuldu quyruğu yerdən götürə,

Neçə gündü naharsızdı, ötürə.

 

Qurdun ayağına tələ oldu bənd,

O yana, bu yana tullandı hərçənd,

 

Nə qədər güc vurdu götürmədi əl,

Kəsilib əlacı, qaldı məətəl.

 

Tülkünün əlinə düşdü girəvə,

Quyruğu yeyirdi çox sevə-sevə.

 

Dedi:- “Sən deyirdin orucam bayaq,

Nədəndir yeyirsən indi bu sayaq?”

 

Dedi:-“Oruc idim, amma bu axşam,

Təzə ayı görüb, etmişəm bayram”.

 

Hiylәsinә o pürfәnin inandı,

-      Bәs mәnim bayramım,-dedi,-һaçandı?

 

-      Sәnin dә bayramın saһibi-tәlә

Gәlәndәdir,-dedi,-tәlәsmә һәlә.

 

Hәr kimsәdә ola әqlü fәһmü huş,

Bu mәsәli qoy etmәsin fәramuş:

 

Әvvәl gәrәk suyu yoxlasın möһkәm,

Boylayandan sonra soyunsun adәm.

 

Nәinki etmәyib fikir, әndişә,

Sala canavartәk özünü işә...

Oxunub 9273 dəfə