Səhifəni çap et
Şənbə, 19 Noyabr 2011 22:46

Məmməd Namaz

MƏMMƏD NAMAZ

(1942)

AZƏRBAYCAN

Öpüm ulu torpağını,

Bu əyilməz bayrağını,

Başı qarlı Azərbaycan,

Şah vüqarlı Azərbaycan.

Mənə leldir qara daşın,

Uca olsun, uca başın.

Duz-çörəkli Azərbaycan,

Saf ürəkli Azərbaycan.

Öğlun-qızın sənə qurban,

Qurban, dönə-dönə qurban.

Allı-güilü Azərbaycan,

Aylı-günlü Azərbaycan.

Sənə nəğmə yaza-yaza,

Dərdimi dedim Araza.

Yetərik bir gün murada,

Möhkəm dayan, Azərbaycan,

Dalğalanan Azərbaycan...

 

VƏTƏN

Vətən yolunda

Qurbandı oğul.

Oğul-Vətənə

Qurban doğulur.

 

Gör necə qəribə

Doğulmuşuq biz;

Bir Vətənimiz var,

Bir ürəyimiz.

 

Ürəkdə qüdrətə,

Hikmətə bir bax:

Vətən havasıyla

Döyünər ancaq...

 

 

 

 

 

ƏLLƏR BƏLƏKDƏ

Bu evdə bir beşik var,

Beşikdə sonbeşik var.

Nəfəsi gül qoxuyur,

Qığıldayır, oxuyur...

Anasını görəntək.

Üzündə açır çiçək.

Durub uçmaq istəyir,

Onu qucmaq istəyir.

Ancaq əllər bələkdə,

Bir köməyə gələk də..

 

 

 

 

 

 

 

 

 

 

YARPA QÜSTƏ XƏRİTƏ

Yarpağın üstü

Damar-damardı.

Deyirsən burda

Xəritə vardı.

Rəssam təbiət

Durub qəsdinə:

Xəritə çəkib,

Yarpaq üstünə...

 BƏBƏ

Bəbəyə bax, bəbəyə,

Bürüyüblər bələyə.

Gözlərinə baxın bir,

Mirvaridir elə bil.

Gözləri göz muncuğu,

Gözəldir öz muncuğu...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oxunub 34200 dəfə