Səhifəni çap et
Cümə axşamı, 23 Fevral 2012 11:42

Haqsızlığın dərdli ahəngi

1992-ci ilin 26 fevral

Xocalı soyqırımına ithaf

 

Şaxta nəfəslərdə buz donduranda,

Göz göynədi yandı dərdlər əlindən.

Güllə yanğını el odlandıranda,

Gözümdə yaş dondu namərd əlindən.

 

Şaxtalı, ayazlı ağ bir gecə,

Çoxaldı işıği ayın, ulduzun.

Gördüm ki işğalçı zalımdır necə,

Buludun lələyi olmuşdu uzun.

 

Düşmən yollar üstə tökürdü güllə,

Qılınc şaxta naxış çəkirdi gülə.

Ürəyim sıxıldı bu mənzərədən,

Qar altda nur gözlər bənzədi tülə.

 

Buz tək donanların üstə düşəndə,

Sovet bayrağının al qırmızı rəngi.

Ən acı duyğular oyatdı məndə,

Belə haqsızlığın dərdli ahəngi.

 

Ayın ağ ziyası dərd kirşanlandı,

Baxan deyərdi: ay qaldırdı üsyan.

Məskənində kimi kim nişan aldı,

Nə toy tutdu elə güllə və boran.

 

Bu qarlı şaxtalı qış axşamı,

İki işğalçının qəsdi tamahı,

Qanlı sinələrdə yuksəltdi ahı,

Gözlərimdə yandı intiqam alovu.

 

26.02.1993

Oxunub 4106 dəfə Last modified on Çərşənbə axşamı, 26 İyun 2012 20:56