Səhifəni çap et
Cümə axşamı, 23 Fevral 2012 11:23

Rəfiqə Məmmədova

Dolu


Göy güruldadı,

Şaqqıltı saldı.

Bulud söküldü,

Dolu töküldü.

 

Qızıl güllə tək,

O uça-uça.

Atəşə tutdu,

Şip-şirin tutu.

 

Dalbadal çırpdı,

Bar çiçəyini.

Bağ göyçəyini,

Gönçə göz qırpdı.

 

Bir an içində

Ağacı yıxdı.

Su içimində,

Hesabdan çıxdı.

 

Nənə karıxdı,

Yaman darıxdı:-

Zülmün cəzası,

Olmaz zalıma!

 

22.07.2009

Oxunub 3665 dəfə Last modified on Çərşənbə axşamı, 26 İyun 2012 20:54