Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 22 Noyabr 2011 15:17

CƏLİL MƏMMƏDQULUZADƏ

1926

İKI ALMA

Axşam vaxtları gәzmәyә çıxanda, hәrdәn bir balaca oğlumu da yanımca aparıram. Bu dәfә dә apardım.

Vә haman balaca oğlum ilә gәzmәyә gedәndә, hәrdәn bir ittifaq düşür ki, ona yemәli şey dә alıram ki, mәndәn razı qalsın. Bu dәfә dә balaca oğlum dükanlarda düzülmüş nazü-nemәti görәndә mәndәn yemәli bir şey istәdi. Mәn o әqidәdә deyilәm ki, hәr dәfә uşaqla bazara gedәndә ona bir şey almaq lazımdır vә lakin bunu da deyirәm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dәfә heç bir zad almaq istәmirdim; o sәbәbә ki, cibimdә pulum yox idi. Vә bir dә istәmәdim ki, uşağım hәr dәfә bazara çıxanda dadamal öyrәnsin.

* * * * *

Bir qәdәr dolandıq, sonra yolumuz dәrya kәnarına düşdü. Amma oğlumu da bidamağ görürdüm. Çün tәrbiyә öz qaydasınca, uşağın öz tәbiәti--bu da öz qaydasınca. Vә onunçun da çox da inad etmәmәk babәtindәn dәrya kәnarında tabağa düzülmüş meyvәlәrdәn iki şahıya iki dәnә yaxşı qırmızı alma aldım vә ikisini dә verdim oğluma. Hәәnd oğlum almaları mәndәn aldı. Amma gördüm ki, könülsüz aldı. Mәn ondan bidamağlığının sәbәbini soruşmadım; çünki sәbәbi aşkar idi. Bazarda bir az bundan qabaq o mәndәn iki şey istәdi, heç birini almadım; bir Carco qovunu istәdi--almadım, sonra da nemsә qәnnadı dükanının qabağından keçәndә şüşәnin dalına düzülmüş rәngarәng konfet vә şirniyyatdan istәdi--almadım.

Oğlum o dәrәcәdә mәndәn narazı imiş ki, mәn almaları ona verәndәn sonra da genә bir söz danışmaq istәmәdi vә mәn ona verdiyim suallara da çox meyilsiz cavab verirdi.

Dәxi onu belә qaşqabaqlı görәndә mәn özüm dә bidamağ oldum vә Azәrneft idarәsinin qabağında duran tramvay vaqonlarının birinә oğlumu qalxızdım vә özüm dә mindim ki, gәlәk evimizә.

Vaqonda hәlә bizim ikimizdәn başqa heç kәs yox idi. Oğlum boyda bir yetim rus uşağı cır-cındır içindә, üz-gözü qap-qara, çirkli vә iyrәnc, gәldi durdu qabağımızda vә mәndәn bir qәpik pul istәdi.

Cibimdә ancaq bir abbası gümüş pul var idi. Mәn uşağa bir söz demәdim ki, keçib getsin. Bir neçә minik arvad vә kişi vaqona girdilәr vә sağımızda-solumuzda yer tutdular. Burada mәnim fikrim getdi yetimә pul vermәmәyimә vә dilәnçiyә pul vermәk lazımdı, ya lazım deyilmi mәsәlәsi mәni başladı mәşğul etmәyә; hәr kәs nә deyir desin, ancaq dilәnçi uşağa heç bir şey vermәmәk mәnim xoşuma gәlmәdi. Buradan ona işarә etmirәm ki, mәn heç bir dilәnçiyә yox demәrәm; çünki ola bilәr ki, bir para filosofların dilәnçiyә pul vermәk, onu bәdbәxt etmәk sifәti bәlkә mәnә dә sirayәt edibdir. Ancaq sözün hәqiqәti budur ki, bugünkü dilәnçi uşağa bir qәpik vermәmәyim mәni burada xarab etdi; o sәbәbә xarab etdi ki, haman dilәnçi uşaq yaşda mәnim atalı vә analı olduğum, әyni-başı tәzә, qarnı tox, bu saat buraya mәnim sağ tәrәfimdә mәndәn incimiş oturmuşdu ki, niyә mәn ona konfet almadım, ancaq iki alma aldım.

Vaqonumuz hәrәkәt edib gedәndә akoşkanın şüşәsinin dalından gördüm ki, haman dilәnçi uşaq yerdә durub, bir qırmızı almanı ağzına basıb gәmirtlәyir. Qabaqca bir şey duymadım, amma haman dәqiqә yanımdakı oğlumun almaları yadıma düşdü vә çöndüm uşağa tәrәf. Oğlum gülә-gülә mәnә yavaşca bunu dedi:

“Dәdә, almanın birini verdim dilәnçi uşağa.”

Bir dәnә qırmızı alma öz-özlüyündә bir şey deyil; onun qiymәti iki qәpikdir vә yeyib qurtarandan sonra heç bir şeydir. Amma mәnәvi işlәrdә bir almanın dәyәri ola bilәr çox böyük olsun. O qәdәr yüngüllük vә könül xoşluğu ki, burada iki qәpiklik almadan mәnә gәlib çatdı, nәhayәt dәrәcәdә idi.

Filosofiya alәminә gәldikdә, qeyrilәri dilәnçiyә küçәdә ianә vermәyi nә cür başa düşürlәr-düşsünlәr vә insaniyyәt mütәxәssislәri bu mәsәlәni nә tövr hәll edirlәr etsinlәr, ancaq mәnim bir balaca oğlum iki almasını birisini bir yetim uşağa verdi.

Vә ola bilәr ki, oğlum da yekәlәndәn sonra, bir para alimlәrin "küçәdә dilәnçiyә ianә vermәyiniz" nәsihәtini eşidәndәn sonra, onları küçәdә görәndә mәnim kimi üz çöndәrәcәkdir. Ancaq hәlә ki, indi oğlum bu işlәri başa düşmür vә onunçun da iki almanın birini yetim uşağa verir.

Oxunub 4638 dəfə Last modified on Bazar ertəsi, 19 Noyabr 2012 16:10
Daha çox bu kateqoriyadan: « SAQQALLI UŞAQ BUZ »