Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 31 Avqust 2012 14:15

Eynək taxan günəş

İradə Aytel

Eynək taxan günəş

(Hekayə)

b
abası Muradı evlərinin yaxınlığındakı “Xan bağı”na apardı. Günəşin şüaları ağacların yaşıl yarpaqları arasından süzülür, onların gözlərini qamaşdırırdı. Murad gün eynəyini taxıb yoluna davam elədi. Şamları, küknarları budaq-budaq gəzən bapbalaca, uzunquyruq dələlər, hovuzun içərisində cüt-cüt üzən dümmağ qu quşları, quyruğunda yeddi rəng olan tovuzquşu, uzun dimdikli balıqyeyənlər, haça buynuzlu marallar, ürkək-ürkək boylanan cüyürlər Muradın çox xoşuna gəlir, o, tez-tez babasına suallar verirdi:

-        Baba, marallar nə yeyir ki buynuzları belə yekədi?

-        Ot yeyirlər, Murad!

-        Bəs cüyürlər?

-        Cüyürlər də ot yeyir.

-        Bəs dələlər?

-        Dələlər qoz yeyir, müxtəlif ağacların tumunu yeyir.

-        Bəs quşlar?

-        Quşlar dən yeyir, tum yeyir?

-        Baba, bəs onda niyə o quşun adı balıqyeyəndi?

-        Həəəə, bala, bu quş isə balıqla qidalanır?

Babası Murada cavab verdikcə Murad yeni-yeni suallar tapırdı. O, bağdakı bütün ağacların, kolların, hətta çiçəklərin də adını öyrənməyə çalışırdı.

Birdən-birə göyün üzünə buludlar çökməyə başladı. Baba yağış yağacağından çox narahat oldu və Murada dedi:

-        Murad, gedək evə hava tutulur, yağış yağar islanarıq.

Murad bağdan ayrılmaq istəmirdi. O, diqqətlə göyün üzünə baxdı və sevincək halda dedi:

-        Baba, yağış yağmayacaq, bir bax, Günəşin gözləri qamaşmasın deyə eynək taxıb, birazdan eynəyini çıxaracaq.

Babası onun saçlarını sığallayıb, dedi:

-        Gedək, Günəş eynəyini çıxaranda bir də gələrik.

Oxunub 9950 dəfə