Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 14 Dekabr 2011 17:20

BÜLLUR BAŞMAQ

ŞARL PERRO

(1628-1703)

BÜLLUR BAŞMAQ

(Tərcümə edəni Xalidə Hasilova)

b
iri vardı, biri yoxdu, keçmiş zamanlarda varlı-karlı, adlı-sanlı bir kişi var idi. Onun arvadı ölmüşdü. İkinci dəfə çox deyingən, lovğa bir arvad almışdı. Qəddarlıqda tayı-bərabəri yoxdu. Arvadın iki qızı var idi. Hər cəhətdən analarına oxşayan bu qızlar da lovğa, bədxasiyyət idilər. Kişinin bir qızı var idi. О çox mülayim və mehriban idi, lap rəhmətlik anasına oxşayırdı. Onun anası dünyanın ən rəhmdil arvadlarından biri idi.

Ögey ana pis xasiyyətini о saat büruzə verdi. Xüsusilə ögey qızı görən gözü yox idi. Ögey qızın səmimiliyi onu hövsələdən çıxarırdı. Bu mehriban, xoşxasiyyətli və qəşəng qızla müqayisədə onun qızları həmişəkindən də pis görünürdülər.

Ögey ana evin ən ağır, əzab-əziyyətli işlərini ona tapşırardı: yazıq qız qab-qacağı yuyar, pilləkənləri silər, ögey ananın və onun ərköyün qızlarının otaqlarını süpürüb təmizlərdi. Qız evin üstündəki çardaqda, nazik bir döşəkcə üstündə yatardı. Onun bacılarının isə parket döşəməli yataq otaqları, qu tükündən yorğan-döşəkləri var idi, divardan isə döşəmədən tavana çatan güzgülər asılmışdı.

Yazıq qız hər cür əziyyətə dözər və söyülüb danlanmaqdan qorxaraq dərdini atasına belə deməkdən çəkinərdi: çünki atası təzə arvadının sözü ilə oturub duraraq, onun sözündən çıxmazdı. Ögey qız işini qurtarandan sonra ocağın yanındakı küncə qısılıb külün üstündəcə oturardı. Buna görə də ögey ananın böyük qızı ona Pinti adı qoymuşdu. Kiçik qız isə böyük bacısı kimi kobud deyildi, ona görə də qızı "Zoluşka", yəni "Küllü qız" çağırırdı. Zoluşka köhnə paltarında geyimli-kecimli, bəzəkli bacılıqlarından çox-çox qəşəng idi.

Günlərin bir günü padşahın oğlu ziyafət vermək fıkrinə düşür və ölkənin bütün adlı-sanlı adamlarını saraya dəvət edir. Zoluşkanın bacılarını da ziyafətə çağırırlar. Onlar özlərinə yaraşıqlı, qəşəng paltar və şlyapa seçə-seçə bərk sevinirdilər. Zoluşkanın işi isə bir az da artdı. O, bacılıqlarının yubkalarını ütüləməli və yaxalıqlarını kraxmallamalı idi.

Bacılar daha qəşəng geyinmək üçün bir-birilə hey məsləhətləşirdilər.

Böyük bacı deyirdi:

-        Mən krujevalı qırmızı məxmər paltarımı geyəcəyəm. Kiçik bacı da öz növbəsində deyirdi:

-        Mən sadə paltarımı geyəcəyəm. Üstündən brilyant düyməli, zərgüllü qolsuz bürüncəyimi də çiynimə salacağam. Belə bürüncək hər adamda olmaz!

Onlar ən yaxşı dərziyə büzməli ləçək sifariş etdilər, ən bahalı lentlər aldılar, hər şeydə də Zoluşka ilə məsləhətləşirdilər; çünki onun paltar seçməkdə böyük zövqü vardı. O, bacılarına kömək etməyə ürəkdən çalışırdı, hətta saçlarını darayıb düzəltməyi də onlara təklif etdi. Bu təklifə onlar həvəslə razılıq verdilər.

Zoluşka onların saçlarını düzəltdikcə qızlar ondan soruşurdular:

-        Zoluşka, düzünü de, sən də ziyafətə getmək istərdinmi? Zoluşka:

Ah, bacılarım, məni ələ salmayın! Heç məni ora buraxarlarmı? - deyə cavab verirdi.

Düz deyirsən, əlbəttə, səni buraxmazlar! Orda sənin kimi pintini görsələr gülməkdən uğunub özlərindən gedərlər.

Zoluşkanın yerinə başqası olsaydı, acıqca onların saçlarını pis darayardı, Zoluşka isə, əksinə, çalışırdı ki, yaxşı darasın.

Bacılar sevindiklərindən və həyəcandan iki gün heç bir şey yemədilər. Çalışırdılar ki, mümkün qədər bellərini tarım çəksinlər və hey güzgünün qabağında fırlanırdılar.

Nəhayət, arzu etdikləri gün gəlib çatdı. Ögey ana və bacılar ziyafətə getdilər. Zoluşka uzun müddət onların ardınca baxdı. Kareta gözdən itəndən sonra qız acı-acı ağladı.

Xalası Zoluşkanın ağladığını görüb onun niyə belə kədərləndiyini soruşdu.

-        Mən istərdim... Mən də istərdim ki... - deyə göz yaşları içində boğulan Zoluşka sözünü bitirə bilmədi.

Lakin xalası onun nə demək istədiyini о saat başa düşdü (axı o, sehrbaz idi).

Sən də ziyafətə getmək istərdin, eləmi? - deyə soruşdu. Zoluşka ah çəkib dedi:

Bəli.

Sehrbaz qadın ondan soruşdu:

-        Dediklərimə həmişə əməl edəcəyinə söz verirsənmi? Ondi sənin ziyafətə getməyinə kömək edərəm. - Qollarını qızın boynuna salıb əlavə etdi. - Get, dirrikdən mənə böyük bir balqabaq gətir.

Zoluşka dirriyə qaçdı, yekə bir balqabaq seçib sehrbaz qadını gətirdi. Balqabağın onun ziyafətə getməyinə necə kömək edəcəyini heç cür başa düşə bilmədi.

Sehrbaz qadın balqabağın içini ovdu, sehrli çubuğunu ona toxundurdu, balqabaq bir anda qızıl suyuna çəkilmiş karetaya çevrildi.

Sonra sehrbaz qadın siçan tələsinə baxdı. Orada altı diri siçan var idi.

Sehrbaz Zoluşkaya əmr etdi ki, tələnin ağzını açsın. Orada çıxan siçanların hamısına sehrli çubuğunu toxundurdu. Siçanlar o saat gözəl atlara çevrildi. Beləliklə, altı siçan altı gözəl ata döndü.

Sonra sehrbaz qadın fıkrə getdi:

-        Faytonçunu haradan tapaq? Zoluşka dedi:

Qoy gedib siçovul tələsinə baxım, bəlkə ona siçovul düşüb. Siçovulu faytonçuya döndərmək olar.

Doğru deyirsən! - deyə sehrbaz qadın onunla razılaşdı. - Gel bax.

Zoluşka tələni gətirdi, içində üç kök siçovul var idi.

Sehrbaz qadın siçovullardan ən böyüyünü, bığlısını seçib çubuğunu ona toxundurdu. Siçovul о saat dönüb kök və bığlı faytonçu oldu.

Sonra sehrbaz qadın Zoluşkaya dedi:

-        Bağda, suçiləyənin dalında altı kərtənkələ var. Get, onlaı

mənə gətir.

Zoluşka kərtənkələləri gətirən kimi sehrbaz qadın onları döndərib altı nökər elədi. Hamının əynində zərbaftalı qəşəng paltar vardı. Onlar karetanın dalındakı xidmətçi yerlərinə elə cəld sıçradılar ki, elə bil bütün ömürləri boyu bu işlə məşğul olmuşdular.

Sehrbaz qadın dedi:

-        Hə, indi ziyafətə gedə bilərsən. Məndən razı qaldınmı?

-        Əlbəttə. Ancaq, bu cındır paltarda ora necə gedim? - deyə Zoluşka soruşdu.

Sehrbaz qazın çubuğunu qıza toxundurdu. Köhnə paltar о dəqiqə dönüb daş-qaşla bəzənmiş zərxara oldu. Sehrbaz qadın əlavə olaraq qıza bir cüt büllur ayaqqabı da bağışladı. Dünyada heç bir qız belə gözəl ayaqqabını yuxusunda da göməmişdi.

Zoluşka bəzəkli-düzəkli bir halda karetaya mindi. Sehrbaz qadın ayrılarkən ona dönə-dönə tapşırdı ki, gecə yarısınacan mütləq qayıtsın.

-        Bir dəqiqə belə gecikmiş olsan keraten yenə dönüb balqabaq, atların siçan, nökərlərin kərtənkələ, gözəl paltarın isə köhnə cındıra dönəcək, - deyə sehrbaz qadın ona xəbərdarlıq elədi.

Zoluşka sehrbaz qadına saraydan gecə yarısına kimi qayıdacağına söz verdi və sevinə-sevinə ziyafətə yollandı.

Padşah oğluna xəbər verdilər ki, ziyafətə naməlum çox gözəl bir şahzadə qız gəlmişdir. O, qızı qarşılamağa çıxdı. Qıza karetadan düşməkdə kömək etdi və onu qonaqların yığışdığı salona gətirdi.

Salona dərhal sakitlik çökdü; qonaqlar rəqslərini, kaman çalanlar musiqini dayandırdılar, hamı naməlum şahzadə qızın gözəlliyinə heyran qalmışdır.

Hər tərəfdə:

-        Nə gözəl qızdır! - deyə pıçıldaşırdılar.

Hətta qoca padşah belə gözünü ondan ayırmayaraq tez-tez arvadının qulağına deyirdi ki, “çoxdan bəri belə gözəl, məlahətli qız görməmişəm".

Qadınlar qızın paltarına diqqətlə baxırdılar ki, sabah özlərinə о cür paltar tikdirsinlər. Ancaq belə gözəl parça və mahir usta tapa bilməyəcəklərindən qorxurdular.

Şahzadə, qızı ən hörmətli yerə aparıb rəqsə dəvət etdi. Qız elə gözəl oynayırdı ki, hamı ona məəttəl qalmışdı.

Bir azdan sonra qonaqlara şirniyyat və meyvə verdilər. Lakin şahzadə, qızla о qədər məşğul idi ki, əlini şirniyyata heç uzatmadı da.

Qız isə bacılarının yanına gedib onlarla mehribancasına danışdı və şahzadənin onu qonaq etdiyi portağalları onlarla bölüşdürdü.

Tanış olmayan bu xanımın bu cür mehribanlığı bacıları təəccüblendirdi.

Zoluşka söhbətin şirin yerində on ikiyə on beş dəqiqə qaldığını bildiren saat zəngini eşitdi.

Hamı ilə tələsik görüşüb evə yollandı. Evə qayıdan kimi sehrbaz, qadının yanına gedib ona razılıq etdi və dedi ki, şahzadə ondan sabah da saraya ziyafətə gəlməsini xahiş etmişdir.

Qız ziyafətdə gördüyünü və eşitdiyini sehrbaz qadına danışanda qapının döyüldüyünü eşitdi. Bu, ziyafətdən qayıdan ögey bacıları idi. Zoluşka gedib qapını açdı. Qız özünü elə göstərdi ki, guya yuxıudan təzəcə durmuşdur. Gözlərini ova-ova, gərnəşərək:

-        Ziyafətdə nə çox qaldınız? - dedi.

Əslində onlardan ayrılandan bəri yuxusu heç gəlmirdi də. Bacılardan biri:

-        Sən də ziyafətdə olsaydın heç darıxmazdın. Ora bir şahzadə qız gəlmişdi, elə gözəldi ki, dünyada heç tayı-bərabəri olmazdı. O, bizə çox mehribanlıq etdi, bizi portağala qonaq etdi.

Zoluşka şadlığından uçurdu. Qız, bacılarından şahzadə qızın adını soruşdu. Lakin bacılar şahzadə qızı heç kimin tanımadığını, hətta şahzadənin də buna görə pərt olduğunu söylədilər. Qızın kimliyini öyrənmək üçün şahzadə hər şeydən keçərdi.

Zoluşka gülümsəyərək dedi:

-        Yəqin o, çox gözəlmiş! Siz xoşbəxtsiniz! Kaş mən də onu görəydim!.. Bacıcan, evdə geydiyin sarı paltarını mənə bircə günlüyo versənə!

Böyük bacı:

-        Bircə bu qalmışdı! - deyə cavab verdi. - Öz paltarımı sənin kimi pintiyə verim! Dünyasında vermərəm.

Zoluşka bacısından rədd cavabı alacağını onsuz da bilirdi, ona görə bu cavaba çox şadlandı. Bacısı razı olsaydı bu paltar onun nəyinə lazım idi?

Ertəsi gün Zoluşkanın bacıları yenə ziyafətə getdilər. Zoluşka da getdi. Bu gün o, dünənkindən də qəşəng geyinmişdi. Şahzade ondan bir dəqiqə belə ayrılmır və qulağına cürbəcür xoş sözlər pıçıldayırdı.

Zoluşka, kefı çox kök olduğundan, sehrbaz qadının tapşınğını tamam yadından çıxartmışdı. O, elə bilirdi ki, hələ saat heç on bir olmayıb. Birdən saat on ikini vurdu. O, quş kimi atılaraq cəld eve yollandı. Şahzadə onun dalınca qaçdı, lakin çata bilmədi. Qız tələsik qaçdığından büllur ayaqqabısının bir tayını itirdi. Şahzadə onu üsulluca yerdən götürdü.

Darvazadakı qarovulçulardan şahzadə xanımın hansı tərəfə getdiyini soruşdu. Qarovulçular şahzadə xanımı deyil, kəndli qızına oxşayan kasıb bir qızın saraydan yüyürərək çıxdığını gördüklərini löyledilər.

Zoluşka karetasız, nökərsiz, köhnə paltarda tövşüyə-tövşüyə evə geldi. Bütün cah-cəlaldan onda yalnız bir tay ayaqqabı qalmışdı.

Bacıları ziyafətdən gələndə Zoluşka onlardan soruşdu ki, bu gün də dünənki kimi şən keçdimi? Dünən gələn şahzadə xanım bu gün də gəlmişdimi?

Bacıları dedilər ki, şahzadə xanım bu gün də gəlmişdi, lakin saat gecəyarısı zəngini vurduqda o, tələsik çıxıb qaçdı. Qaçarkən gözəl büllur ayaqqabısının bir tayını ayağından saldı. Şahzadə onun ayaqqabısını yerdən götürdü və ziyafət qurtarana qədər gözünü ondan ayırmadı. Məlum oldu ki, şahzadə ayaqqabnın sahibi olan şahzadə xanıma vurulmuşdur.

Bacılar doğru demişdilər: bir neçə gündən sonra şahzadənin əmri ilə padşahlıqda olan qadınların hamısına xəbər verdilər ki, büllur ayaqqabı kimin ayağına olsa, şahzadə onu acaqdır.

Əvvəlcə ayaqqabını şahzadə xanımların, sonra zadəgan qadınlarının, sonra da saray adamları arvadlarının ayaqlarını ölçdülər. Heç kimin ayağına olmadı.

Büllur ayaqqabının tayını Zoluşkanın bacılarına da gətirdilər. Onlar ha çalışdılarsa, ayaqlarını xırdaca ayaqqabıya yerləşdirə bilmədilər.

Zoluşka öz ayaqqabısını tanıdı və gülümsəyərək:

          İcazə verin, mən də onu ayağıma geyim, - dedi.

Bacıları cavab olaraq onu lağa qoydular. Lakin ayaqqabını gətirən saray adamı Zoluşkaya diqqətlə baxdı. Saray adamı onun çox gözəl olduğunu görcək dedi ki, ona, ayaqqabını padşahlıqda olan qızların hamısının ayağına ölçmək əmri verilmişdir. O, Zoluşkanı kresloda oturtdu. Ayaqqabı qızın ayağına rahatca keçdi.

Bacılar çox təəccüb etdilər. Zoluşka cibindən ayaqqabının о biri layını da çıxardıb ayağına geyəndə, bacılar lap mat qaldılar.

Bu vaxt sehrbaz qadın hazır olub çubuğunu Zoluşkanın köhnə paltarına toxundurdu. Köhnə paltar dönüb əvvəlkindən də bəzəkli və yaraşıqlı bir geyim oldu.

Bacılar ziyafətə gələn gözəl xamın kim olduğunu görcək Zoluşkanın qabağında diz çökdülər və indiyə qədər onunla pis rəftar etdiklərinə görə ondan bağışlanmalarını xahiş etdilər.

Zoluşka onları ayağa qaldırıb öpdü və təqsirlərindən keçdi. Yalnız onlardan xahiş etdi ki, həmişə onu sevsinlər.

Sonra Zoluşkanı geyim-kecimli bir halda saraya şahzadənin yanına apardılar. Qız, şahzadənin gözünə əvvəlkindən də gözəl və məlahətli göründü. Bir neçə gündən sonra şahzadə qızı aldı.

Zoluşkanın özü kimi xasiyyəti də çox gözəl idi. O, bacılarını da öz yanına saraya gətirib həmən gün onları iki nəfər saray əyanına ərə verdi.

Oxunub 7978 dəfə