Səhifəni çap et
Cümə axşamı, 08 Dekabr 2011 12:59

BURUN CIRTDAN

Vilhelm Hauf

BURUN CIRTDAN

(tərcümə edəni Səkinə Hüseynova)

A
lmaniyanın iri şəhərlərinin birində qədim zamanda arvadı Hanna ilə Fridrix adlı bir çəkməçi yaşardı. Fridrix səhərdən axşamacan pəncərə qabağında oturub başmaqlara, ayaqqabılara yamaq vurardı. Sifariş verən olanda təzə başmaq da tikərdi, amma bunun üçün dəri almalı olardı. Qabaqcadan ehtiyat alıb saxlaya bilməzdi, çünki pulu yoxdu.

Hanna da kiçik bostanında becərdiyi meyvə-tərəvəzi bazarda satardı. O, çox səliqəli qadındı, göyərtini, tərəvəzi çin-çin yığıb düzərdi, buna görə alıcıları da çox olardı.

Hanna ilə Fridrixin Үакоv adında on iki yaşlı qəşəng, qamətli, boylu-buxunlu bir oğlanları vardı. O, həmişə bazarda anasının yanında oturardı. Bir aşpaz kişi, ya qadın Hannadan çox tərəvəz alanda Үакоv onlara kömək eləyərdi, bazarlığı evlərinə aparar və heç vaxt əliboş qayıtmazdı.

Hannanın alıcıları bu suyuşirin oğlanı çox istəyirdilər, həmişə də ona nəsə bağışlayırdılar: gül, şirin qoğal, ya da xırda pul.

Günlərin birində Hanna yenə bazarda tərəvəz satırdı. Qabağındaki səbətlərdə kәləm, kartof, bitki kökləri, cürbəcür göyərti vardı. Balaca səbətdəki tezyetişən arınud, alma, ərik isə adama gəl-gəl deyirdi. Anasının yanında oturmuş Үакоv qışqırırdı:

-     Aşpazlar, bura gəlin, bura gəlin! Yaxşı kәləm, göyərti, arınud, alma burdadır! kim istəyir? Anam ucuz verəcək!

Birdən yoxsul geyimli bir qarı onlara yaxınlaşdı: xırda, qızarınış gözləri vardı, arıq sifəti qocalıqdan qırışmışdı, уекә burnu çənəsinə dəyirdi. Qarı qoltuqağacını özünə dayaq verib yeriyirdi və adam onun bu halında yeriməyinə təəccüb eləyirdi: o, həm axsayırdı, həm sürüşürdü, həm də ləngər vururdu, elə bil ayaqlarının altında çarx vardı. Sanki bu dəqiqə yıxılacaq, uzun, iti burnu da yerə sancılacaqdı.

Hanna qarıya maraqla baxırdı, Az qala on altı il olardı ki, Hanna bazarda şey satırdı, amma belə əcaib qarını heç vaxt görməmişdi. Qarı onun səbətlərinin yanında dayananda Hanna bir az vahimələndi.

Qarı cır səslə, başı əsə-əsə soruşdu:

-     Tərəvəz satan Hanna sizsiniz?

Çəkməçinin arvadı dedi:

-     Bəli. Bir şey almaq istəyirsiniz?

Qarı dodaqaltı mızıldadı:

-     Baxarıq, baxarıq. Göyərtiyə baxarıq, yerköklərinə nəzər yetirərik, görək mənə lazım olan mal səndə varmı...

O, əyilib, Hannanın səliqə ilə, qəşəng-qəşəng yığdığı göyərtiləri səbətin içində uzun, qara barmaqları ilə qurdalamağa başladı. Göyərti dəstəsini götürüb burnuna tutur, hər tərəfdən iyləyir, sonra о birilərini götürürdü.

Hannanm ürəyi şan-şan olurdu. Qarının göyərtiləri bu kökə salmağı ona çox ağır gəlirdi. Ancaq ona bircə kəlmə söz deyə bilmirdi, axı, alıcı aldığı şeyə yaxşı-yaxşı baxmalıdır. Həm də bu qarı onu getdikcə daha çox qorxuya salırdı.

Göyərtilərin hamısını qatıb-qarışdırandan sonra qarı deyindi:

-     Pis maldır... Pis göyərtidir!.. Mənim istədiklərimin heç biri burda yoxdur. Əlli il əvvəl bundan yaxşı idi!.. Pis maldır! Pis maldır!

Bu sözlər balaca Yakovun acığına gəldi. Qışqırdı:

-     Bura bax, həyasız qarı! Uzun burnunla göyərtilərin hamısını iylədin, əyri-üyrü barmaqlarınla da kökləri elə əzib-tökdün ki, indi onları heç kim almayacaq. Hələ bu az imiş, deyirsən də ki, pis maldır?! Hersoq aşpazının özü bizdən mal alır!

Qarı oğlana çəpəki baxıb, xırıltılı səslə dedi:

-     Mənim burnum, bu gözəl, uzun burnum sənə xoş gəlmir? Sənin də bu cür burnun olacaq, lap çənənədək uzanacaq.

O, başqa səbətin yanına sürüşdü, onun içindən ağappaq, qiyamət kələmlərdən çıxarıb elə əzdi ki, kələmlər yazıq-yazıq cırıldadı. Sonra həmin kələmləri səbətə tolazladı və yenə dedi:

-     Pis maldır! Pis Kələmdir!

Үакоv çığırdı:

-     Başını belə silkələyib zəhləmizi tökmə! Sənin boğazın kələmin özəyi nazikliyindədir, əl vurmamış bir də gördün sındı, başın da səbətimizin içinə düşdü. Onda bizdən heç kim heç nə almaz.

Deyirsən ki, boynum çox nazikdir? - qarı yenə rişxəndlə qımışdı. - Amma sən tamam boyunsuz olacaqsan. Başın birbaşa çiyinlərindən çıxacaq, heç olmasa, bədənindən qopub düşməyəcək.

Hanna lap hirsləndi:

-     Oğlana belə axmaq sözlər deməyin! Əgər nəsə almaq istəyirsizsə, tez olun alın. Siz bütün müştərilərimi dağıdacaqsınız.

Qarı Hannaya acıqlı-acıqlı baxdı. Mızıldadı:

-     Yaxşı, yaxşı, qoy sən deyən olsun. Mən bu altı kələmi səndən alıram. Ancaq əlimdə qoltuqağacı var, özüm heç nə apara bilməyəcəyəm. Qoy sənin oğlun aldıqlarımı mənimçin evə aparsın. Əvəzində onu yaxşıca mükafatlandıraram.

Үакоv heç getmək istəmirdi, çünki bu dəhşətli qarıdan qorxurdu, hətta ağladı da. Ancaq anası acıqlanıb dedi ki, sözə baxsın. Qoca, zəif arvadın bu cür ağır уük aparınası ona günah iş kimi göründü. Үакоv göz yaşını sildi, kələmləri səbətə yığıb qarının dalınca düşdü.

Qarı asta yeriyirdi, şəhər kənarındaki uzaq bir küçəyə çatınca az qala bir saat keçdi; nəhayət, onlar balaca, yarı-uçuq daxmanın qabağında dayandılar.

Qarı cibindən paslı bir qarınaq çıxartdı, onu cəld hərəkətlə açar yerinə saldı, qapı da qəfildən səs-küylə taybatay açıldı. Үакоv içəri girdi və heyrətdən yerindəcə donub qaldı: evin tavanı, divarları mərmərdən, kreslolar, stullar, masalar qarağacdandı, onlara qızıldan və daş-qaşdan bəzək vurulmuşdu. Döşəmə isə şüşədəndi, elə də hamardı ki, Үакоv neçə dəfə sürüşüb yıxıldı.

Qarı balaca gümüş fiti dodaqlarına tutdu və onu qəribə uğultu ilə elə püflədi ki, səs bütün evi başına götürdü. О dəqiqə də çox əcaib, iki pəncə üstündə gəzən hinddonuzları pilləkənlə aşağı cumdular. Onlar ayaqlarına başmaq əvəzinə fındıq qabığı geymişdilər, paltarları isə adam paltarına oxşayırdı, hətta şlyapa qoymağı da yaddan çıxarınamışdılar.

-     Mənim ayaqqabılarımı neyləmisiz, yaramazlar! - Qarı elə çığırdı, hinddonuzlarına ağacı elə çırpdı ki, onlar ciyildəyib, yerlərində tullandılar. - Mən burda сох dayanınalı olacağam?..

Hinddonuzları pilləkənlə yuxarı dırmaşdılar, dəri astarlı iki dənə hindqozu qabığı gətirdilər və cəld qarının ayaqlarına geydirdilər.

Qarı daha axsamadı, qoltuqağacını bir yana tullayıb, şüşə döşəmədə tez-tez о yan-bu yana sürüşdü, Үакоvu da özü ilə dartdı. Hind­qozu qabığından başmaq geymiş qarı elə zirək olmuşdu, elə cəld yeriyirdi ki, oğlan ona zorla çatırdı.

Qarı, nəhayət, otaqların birində ayaq saxladı, burda cürbəcür qab-qaşıq vardı. Görünür, bura mətbəxdi, hərçənd yerə xalılar döşənmişdi, taxtların da üstündə naxışlı yastıqlar vardı, lap saraydaki kimi.

Qarı mehribanca:

-     Otur, oğlum, - deyib, Үакоvu taxtda oturtdu, heç yana tərpənə bilməsin deyə, masanı da taxtın qabağına çəkdi.- Yaxşı-yaxşı dincəl, yəqin yorulmusan. Axı, adam başları ağır yükdür.

Үакоv çığırdı:

-     Nə boş-boş danışırsız! Yorulmağıma yorulmuşam, amma mən adam başı gətirməmişəm, Kələm gətirmişəm. Siz onları mənim anamdan almısız.

Qarı güldü:

-     Bunu sən düz demirsən.

O, səbətin üstünü açdı, bir adam başını saçından dartıb çıxartdı.

Үакоv qorxudan az qaldı yıxılsın. О dəqiqə öz anasını fikirləşdi. Axı, bir adam bu başlardan xəbər tutsa, həmin dəqiqə gedib xəbər verəcək, onun da işi pis olacaq.

Qarı deyirdi:

-     Belə sözəbaxan olduğuna görə səni hələ mükafatlandırmaq lazımdır. Bir az səbr elə, səninçin elə xörək bişirim ki, ölənəcən dadı damağından getməsin.

O, yenə fit çaldı, adam kimi geyinmiş hinddonuzları da özlərini mətbəxə yetirdilər; onlar önlük taxmışdılar, bellərinə də çömçə, bıçaq sancmışdılar. Dallarınca da ikiayaqlı çoxlu dələ qaçıb gəlmişdi; dələlər enli şalvar geymiş, başlarına yaşıl məxmər papaq qoymuşdular. Yəqin bunlar xırda aşpazlardı. Dələlər divarlara dırmaşır, pilətənin yanına dəmir kasa, tava, yumurta, yağ, yerkökü və un daşıyırdılar. Ayağında hindqozu başmaqları, ora-bura dığırlanan qarı da pilətənin yanında vurnuxurdu, görünür, Үакоv üçün nəsə ləzzətli bir xörək bişirmək istəyirdi. Ocaq gurhagurla yanır, tavalarda nəsə çızıldayıb tüstülənir, otağa gözəl, xoş ətir yayılırdı. Qarı özünü ora-bura vurur, uzun burnunu tez-tez xörək qazanına soxur, xörəyin bişib-bişmədiyini yoxlayırdı.

Nəhayət, qazan qaynadı, daşdı, ondan buğ qalxdı, qatı köpük odun üstünə töküldü.

Qarı qazanı pilətənin üstündən götürdü, gümüş kasaya xörəkdən tökdü və onu Yakovun qarşısına qoydu. Dedi:

-     Ye, oğlum. Bu xörəyi yeyib mənim kimi qəşəng olacaqsan. Həm də yaxşı aşpaz olacaqsan, gərək bir peşəni öyrənəsən axı.

Үакоv qarının dodaqaltı mızıltısını başa düşmürdü, ona heç qulaq da asmırdı; o, xörəyə girişmişdi. Anası da onun üçün cürbəcür ləzzətli yeməklər bişirərdi, amma belə dadlı xörək yediyini Үакоv xatırlamırdı. Ondan gözəl göyərti, yerkökü ətri gəlirdi, həm şirin idi, həm turş, həm də ədvacatlı.

Xörəyi qurtarar-qurtarınaz hinddonuzları balaca, ağzıbağlı tavada nəsə ətirli bir şey yandırdılar, göyümtül tüstü burum-burum otağa yayıldı. Tüstü get-gedə qatılaşdı, Yakovu qalın örtük kimi bürüdü. Axırda onun başı gicəlləndi. Öz-özünə əbəs yerə dedi ki, anasının yanına qayıtmaq vaxtıdır, əbəs yerə ayağa durmağa çalışdı. Qalxmaq istəyəndə təzədən taxtın üstünə yıxılırdı. Sonra onu yuxu tutdu. Heç beş dəqiqə keçməmiş bu bədheybət qarının mətbəxində, taxtın üstündə onu yuxu apardı.

Үакоv qəribə bir yuxu gördü. Gördü ki, qarı onu soyundurub dələ dərisinə bükdü. О da dələ kimi atılıb-düşməyi öyrəndi və о biri dələlərlə, hinddonuzları ilə dostlaşdı. Hamısı çox yaxşı heyvanlardı.

Үакоv da onlar kimi qarıya xidmət eləməyə başladı. Əvvəlcə çəkməsilən oldu. O, qarının ayağına geydiyi hindqozu qabıqlarına yağ çəkməli, əski ilə silib parıldatmalıydı. Evdə olanda Үакоv tez-tez ayaqqabı, başmaq silib təmizlərdi, bu, alışdığı işdi, ona görə öhdəsindən asanlıqla gəldi.

Bir il keçmiş onu ayrı, bir az çətin işə keçirdilər. Başqa dələlərlə birlikdə o, günəş şüasında uçuşan tozcuqları tutub narın ələkdən keçirir, sonra ondan qarı üçün çörək bişirirdi. Qarının ağzında bircə dişi də yoxdu, ona görə gün işığındakı tozcuqlardan bişmiş kökə yeyirdi; hamı da bilir ki, dünyada ondan yumşaq heç nə yoxdur. Bir il də keçmiş Үакоvа qarı üçün içməli su tapmaq işi tapşırıldı. Elə bilirsiniz qarının həyətində quyu vardı, ya da yağış suyu yığmaq üçün vedrə qoyulmuşdu? Yox, adi suyu qarı dilinə vurmurdu. Үакоv dələlərlə bərabər güllərin şehini fındıq qabığına yığırdı, qarı da ancaq bu suyu içirdi. О da ki, çox su içirdi, bu səbəbdən də sudaşıyanların işi başından aşırdı.

Bir il də ötdü, Үакоv otaqlarda döşəməsilən oldu. Bu da asan iş deyildi: axı, döşəmə şüşədəndi, hovlasaydın, yeri qalırdı. Үакоv bu döşəmələri fırça ilə təmizləyir, ayaqlarına sarıdığı mahud parçası ilə sürtürdü.

Beşinci il Yakov mətbəxdə işləməyə başladı. Çox sınaqlardan sonra etibar qazanmış dələləri burda işlədirdilər. Үакоv aşpaz köməkçisindən başlamış şirniyyat ustasına qədər bütün mərhələlərdən keçdi və elə təcrübəli, elə usta aşpaz oldu ki, hətta özü özünə təəccübləndi. Daha nələr bişirmədi?! Ən çətin yeməkləri, iki yüz növ şirniyyat, bütün otlardan, yerkökülərdən dünyada nə qədər xörək varsa, hamısından həm tez, həm də dadlı bişirməyi öyrəndi.

Bu minvalla Үакоv qarının evində yeddi il yaşadı. Günlərin birində qarı fındıq qabığını ayağına geydi, qoltuqağacını və səbətini götürüb şəhərə yollandı. Yakova da tapşırdı ki, toyuğu təmizləsin, içinə göyərti doldursun və yaxşı-yaxşı qızartsın. Үакоv о saat işə başladı. Toyuğun başım kəsdi, onu qaynar suya basdı, tüklərini cəld yoldu və ütdü, dərisini elə qaşıyıb təmizlədi ki, par-par parıldadı, içalatını da çıxartdı. İçini doldurmaq üçün oğlana göyərti lazım oldu. O, qarının cürbəcür göyərti saxladığı anbara getdi, ona gərək olan göyərtiləri seçib ayırmağa başladı. Birdən anbarm divarında ba­laca dolab gördü; əvvəllər dolab gözünə dəyməmişdi. Dolabın qapısı yarıaçıqdı, Үакоv maraqla baxıb, orda xırdaca səbətlər gördü. Birinin ağzını açdı, içində heç vaxt gözünə dəymədiyi əcaib otlar vardı. Otların saplağı yaşılımtıldı, hərəsinin də üstündə sarı haşiyəli al-qırmızı çiçək. Үакоv çiçəklərdən birini burnuna tutdu və ilk dəfə gələndə qarının ona yedirtdiyi xörəyin iyini hiss elədi. İy elə tünd idi ki, Үакоv bərkdən bir neçə dəfə səbir gətirdi və yuxudan oyandı.

Heyrətlə ətrafına baxanda gördü ki, qarının mətbəxindəki həmin taxtın üstündə uzanıb.

Үакоv fikirləşdi: «Nə yuxu imiş bu? Elə bil ayıqlıqda idi!» Anama bunları danışanda yaman güləcək! Bazara onun yanına qayıtmaq əvəzinə özgə evində yatdığıma görə məni tənbeh elәуәсәк!

O, taxtdan sıçrayıb qalxdı, anasının yanına qaçmaq istədi, amma hiss elədi ki, bütün bədəni taxtaya dönüb, boynu da qupquru quruyub, başını zorla tərpədir. Burnu da hay deməmiş divara, şkafa dəyir, bir dəfə də qəfil dönəndə qapıya bərk dəydi. Dələlər, hinddonuzları Yakovun dövrəsində qaçışır və ciyildəyirdilər, yəqin onu buraxmaq istəmirdilər. Qarının evindən çıxanda Үакоv onları əl işarəsilə çağırdı, о heç özü də onlardan ayrıla bilmirdi. Ancaq heyvancığazlar ayaqlarındaki fındıq qabıqlarını taqqıldada-taqqıldada geri dönüb, otaqlara qaçdılar, oğlan da uzaqdan hələ xeyli vaxt onların ciyiltisini eşitdi.

Bildiyimiz kimi, qarının evi bazardan uzaqdı, Үакоv da bazara çatınca dar, əyri-üyrü döngələrdə çox dolaşdı. küçələr basırıqdı. hardasa lap yaxında, deyəsən, barmaqla cırtdanı göstərirdilər, çühki hamı Yakovun yan-yörəsində qışqırırdı:

-     Вахın görün nə eybəcər cırtdandır! Hardan gəlib çıxıb bura? Nə uzun da burnu var! Başı da lap çiyinlərinin içindədir! Boyunsuzdur! Hələ əllərinə baxın!.. Lap dabanlarına dəyir!

Başqa vaxt olsaydı, Үакоv cırtdana həvəslə tamaşa elərdi ancaq bu gün vaxtı yoxdu, anasının yanına tələsirdi.

Axır ki, Үакоv gəlib bazara yetişdi. Yaman qorxurdu ki, anası onu döyəcək. Hanna hələ də öz yerində oturmuşdu, səbətində də çoxlu tərəvəz vardı, demək, Үакоv lap elə çox yatmamışdı. Hələ uzaqdan gördü ki, anası nəsə kədərlidir: əlin çənəsinə söykəyib oturmuşdu, rəngi solğundu.

Үакоv anasına yaxınlaşmağa cürət eləmədən, xeyli vaxt dayanıb ona baxdı. Nəhayət, ürəklənib, arxadan asta-asta yanaşdı. Əlini onun çiyninə qoyub dedi:

-     Nə olub, ana? Mənə acığın tutub?

Hanna çevrilib Yakovu görəndə dəhşətdən çığırdı:

-     Məndən nə istəyirsən, eybəcər cırtdan? Çıx get, çıx get! Mən belə zarafatı xoşlamıram! Үакоv qorxa-qorxa dedi:

-     Nə danışırsan, ana? Yəqin sən xəstəsən! Məni neyçin qovursan?

Hanna daha da hirsləndi:

-     Sənə deyirəm yolunla düz get! Zarafatının əvəzində sənə heç nə verən deyiləm, iyrənc idbar?!

Yazıq Үакоv fikirləşdi: «Yəqin başına hava gəlib! İndi onu evə necə араrım?»

Ağlamsındı:

-     Anacan, mənə yaxşı-yaxşı bax, axı, mən sənin oğlun Үакоvam!

Hanna yanındakı satıcı arvadlara üz tutub qışqırdı:

-     Bu lap ağ oldu! Bir bu qorxunc cırtdana baxın! Mənim alıcılarımı ürüdüb qaçırmağı azdır, hələ mən dərdlini ələ də salır! Deyir sənin oğlunam, Yakovam, yaramazın biri yaramaz!

Satıcı arvadlar yerlərindən qalxıb, Үакоvun üstünə düşdülər:

-     Nə cürətlə onım dərdinə gülürsən! Onun oğlunu yeddi il bundan qabaq oğurlayıblar. Şəkil kimi oğlan idi! Rədd ol get burdan, yoxsa gözlərini çıxararıq!

Yazıq Үакоv bilmədi nə desin. Axı, о elə bu gün səhər anası ilə bazara gəldi, tərəvəzi yerbəyer elədi, sonra qarının evinə kələm apardı, orda xörək yedi, bir az yatdı, indi də qayıdıb gəlib. Satıcı arvadlar da yeddi ildən danışırlar. Ona, Yakova da iyrənc idbar deyirlər. Onun başına nə iş gəlib axı?

Gözüyaşlı Үакоv ayaqlarını sürüyə-sürüyə bazardan uzaqlaşdı. Eybi yoxdur, anası onu tanımaq istəmirsə, atasının yanına gedər.

Үакоv fikirləşirdi: «Görərik, yəni atam da məni qovacaq? Qapıda dayanıb, onunla söhbət elərəm».

O, çəkməçinin dükanma gəldi, çəkməçi həmişəki kimi oturub işləyirdi. Үакоv qapıya yaxınlaşdı, içəri boylandı. Fridrixin başı işə elə qarışmışdı ki, əvvəlcə Үакоvu heç görmədi də. Qəfildən başını qaldıranda, əlindəki bizlə eşməni yerə saldı, çığırdı:

-     Bu nədir belə? Bu nədir?

-     Axşamın xeyir, usta, - deyib Үакоv dükana girdi. - Necəsiniz?

-     Pis, əzizim, pis! - görünür, о da Yakovu tanımadı. - İşim heç düz getmir. Yaşım çox, köməyim yox, şagird tutmağa da pul çatdırmıram.

Үакоv soruşdu:

-     Bəs oğlunuz yoxdur ki, sizə kömək eləsin?

Çəkməçi dedi:

-     Bir oğlum vardı, adı Үакоvdu. İndi iyirmi yaşı olardı, mənə böyük köməyi dəyərdi. Axı, onun cəmi on iki yaşı vardı, necə ağıllı oğlandı! Bu peşəni də öyrənirdi, həm də necə qəşəngdi! İndi mənimçin müştəri yığardı. İndi daha коһпә külüşə yamaq salmazdım, ancaq təzə başmaq tikərdim. Neyləyim, yəqin bəxtim beləymiş!

Үакоv ürkә-ürkә soruşdu:

-     Bəs indi oğlunuz hardadır?

-     Onu bircə Allah bilir, - çəkməçi dərindən ah çəkdi. - Yeddi ildir ki, onu bazardan oğurlayıb aparıblar.

Үакоv dəhşət içində təkrar elədi:

-     Yeddi il!

-     Bəli, əzizim, yeddi il. İndiki kimi yadımdadır: arvadım bazardan başılovlu qaçıb gəldi, nalə çəkdi, çığıra-çığıra dedi ki, axşamdır, uşaq qayıtmayıb. Bütün günü onu axtarıb, hamıdan soruşub, gördüm deyən olmayıb, mən həmişə deyirdim ki, axırı belə olacaq. Bizim Үакоv gözəl uşaqdı, nə gizlədim, arvadım onunla fəxr eləyirdi, tez-tez adamlara qoşub göndərirdi. Oğlum alıcılara kömək eləyirdi, tərəvəzi, başqa şeyləri evlərinə aparırdı. Günah olar desəm ki, əliboş qayıdırdı, lakin mən həmişə arvadıma deyirdim: «Вах ha, Hanna! Şəhər böyük, pis adam da çox! Bizim Yakovun başına bir iş gəlməsə yaxşıdır!» Elə də oldu! О günü bazara qoca, eybəcər bir arvad gəlir, mail seçib-seçmələyir, axırda о qədər şey alır ki, özü apara bilmir. Ürəyiyumşaq Hanna da oğlanı onunla göndərir... О vaxtdan da oğlan yoxa çıxır.

-     Demək, о vaxtdan yeddi il keçib?

-     Yazda yeddi il olur. Hər yerə xəbər verdik, evlərdən soruşduq, - axı, onu çoxları tanıyırdı, qəşəng oğlanı hamı çox istəyirdi, -nə qədər axtardıqsa, tapa bilmədik. Hannadan tərəvəz alan о arvad da о vaxtdan gözə dəymədi. Lap qoca, dünyada doxsan il ömür sürmüş bir qarı Hannaya demişdi ki, о yəqin zalım cadugər Kreyterveys imiş. O, əlli ildən bir şəhərə ərzaq almağa gəlir.

Çәкməуә çəkic vura-vura, uzun, burma eşməni darta-darta Yakovun atası əhvalatı belə nəql elədi. Yakov indi anladı ki, başına nələr gəlib. Demək, o, yuxu görməyibmiş, həqiqətdə yeddi il dələ şəklində zalım cadugərə qulluq eləyibmiş. Hirsdən ürəyi partlayırdı. Qarı onun ömrünün yeddi ilini oğurlamışdı. Əvəzində qazandığı nə olmuşdu? Hindqozu qabığını təmizləməyi, şüşə döşəməni silməyi, bir də dadlı yeməklər bişirməyi öyrənmişdi!

Oğlan dükanın kandarında bir xeyli vaxt lal-dinməz dayandı. Nəhayət, çəkməçi soruşdu:

-     Bəlkə dükanımda xoşunuza gələn nəsə görmüsünüz, cənab? Bəlkə bir cüt ayaqqabı alasınız, ya da burunqabı? - O, pıqqıldayıb güldü.

Yakov dedi:

-     Mənim burnuma nə olub ki? Onunçun qabı neyləyirəm?

Dükançı cavab verdi:

-     Kefinizə baxın, amma mənim belə dəhşətli burnum olsaydı, boynuma alıram ki, onu çəhrayı dəri qaba salardım. Вахт, məndə elə münasib dəri parçası var. Düzdür, sizin burnunuz çox dəri aparacaq, ancaq yenə özünüz bilin, cənab. Yəqin sizin burnunuz qapılara tez-tez dəyir.

Heyrətindən Yakov bircə кәlmә söz deyə bilmədi. O, əlini burnuna vurdu; burnu уекә və uzundu, az qala bir qarışdı. Yəqin zalım qarı onu eybəcər hala salmışdı. Elə buna görə anası onu tanımamışdı.

Az qala ağlaya-ağlaya dedi:

-     Usta, burda güzgünüz varmı? Mən güzgüyə baxmalıyam, mütləq baxmalıyam.

Çəkməçi:

-     Düzünə qalsa, cənab, - dedi, - fəxr eləməli vücudunuz yox­dur. Hər dəqiqə güzgüyə baxmağınız da vacib deyiL Bu adəti tərkidin, sizə yaraşmır.

Yakov yalvardı:

-     Tez olun, tez olun mənə güzgü verin. Sizi inandırıram ki, bu, mənə çox lazımdır. Lovğalıq üçün yox, inanın mənə...

Çəkməçinin acığı tutdu:

-     Bəsdir, siz Allah! Məndə güzgü yoxdur! Arvadımın xırdaca bir güzgüsü vardı, onu da bilmirəm hara atıb. Əgər özünüzə belə baxmaq istəyirsinizsə, odur, Urbanın bərbərxanası üzbəuzdür. Orda iki sizin boyda güzgü var. Ürəyiniz nə qədər istəyir baxın. İndisə, salamat qalın.

Çəkməçi bunu deyərək, Yakovu yüngülcə itələyib dükandan çıxartdı, dalınca da qapını örtdü. Yakov tez küçəni keçdi və əvvəllər yaxşı tanıdığı ustanın bərbərxanasına gəldi. Dedi:

-     Sabahınız xeyir, Urban. Sizdən böyük bir xahişim var: lütfən icazə verin sizin güzgünüzə baxım.

-     Buyurun. Odur orda, sol divardadır! - Urban bərkdən güldü. - Özünüzə heyran-heyran baxın, axı, dünya gözəlisiz, zərif, qamətli. Boğazınız durna boğazı, qollarınız şahzadə qızın qolları, burnunuz da fındıq boyda, heç tapılan şey deyil! Siz, əlbəttə, burnunuzla bir az qürrələnirsiz, amma eybi yoxdur, buyurun özünüzə baxın. Qoy deməsinlər ki, mən paxıllıqdan sizə güzgümə baxmağa icazə vermədim.

Urbanın yanına baş, üz qırxdırmağa gələnlər onun zarafatına şaqqanaq сәкib gülürdülər. Үакоv güzgüyə yaxınlaşdı və ixtiyarsız geri cəkildi. Gözlərində yaş göründü. Doğrudanmı bu odur, idbar cırtdan! Gözləri xırda olmuşdu, donuzun gözləri kimi, nəhəng burnu çənəsindən aşağı sallanırdı, boynu isə yerli-dibli yox idi. Başı çiyinlərinə batmışdı, onu heç döndərə bilmirdi. Boyu da yeddi il əvvəl olduğu kimi idi, lap balaca. Başqa oğlanlar bu illər ərzində yuxarı boy atmışdı, Үакоv isə eninə böyümüşdü. Kürəyi, sinəsi lap enli idi, o, уекә, içi dolu kisəyə oxşayırdı. Nazik, qısa ayaqları ağır bədənini zorla çәкib aparırdı. Qolları isə əksinə, kişi qolları kimi idi, az qala yerə dəyirdi, barmaqları da qarınaq şəklindəydi. Zavallı Yakov indi belə halda idi.

O, dərindən köks ötürüb, fikirləşdi: «Bəli, oğlunu tanımamağın təəccüblü deyil, ana! Qonşularının yanında öyündüyün о oğul de­yil! »

Qarının о səhər anasına yaxınlaşması yadına düşdü. Güldüyü hər şey - uzun burun da, eybəcər barmaqlar da ələ saldığı qarının ona hədiyyəsi idi. Onu boyunsuz qoyacağına söz vermişdi, sözünün üstündə də durdu...

Güzgüyə yaxınlaşıb Yakovu başdan-ayağa süzən Urban gülə-gülə soruşdu:

-     Hə, özünə doyunca baxa bildinmi, gözəl oğlan? Belə gülməli cırtdanı heç yuxuda da görə bilməzsən, vicdan haqqı. Bilirsizmi, balaca, mən sizə bir iş təklif eləmək istəyirəm. Mənim bərbərxanama gələn çoxdur, amma əvvəlki kimi bol müştərim olmur. Ona görə, qonşum, bərbər Şaum hardansa özünə bir pəhləvan tapıb, о da bütün müştəriləri onun bərbərxanasına çəkib aparır. Eh, pəhləvan maq elə bir hünər deyil, ancaq sizin kimi cumbulu olmaq ayrı məsələ. Mənim yanımda işə düzəlin, balaca. Үеmək, geymək, otaq, hər şey verərəm, işiniz də ondan ibarət olacaq ki, bərbərxananın qapısında dayanıb, müştəri çağıracaqsınız. Hə, bir də, sabun köpüyü düzəltmək və dəsmal vermək. Belə işdən ikimiz də qazanarıq: mənim müştərim Şaumun müştərisindən çox olar, sizə də gələnlər çay-pulu verər.

Үакоv ürəyində çox incidi; necə yəni, onu bərbərxanada tələ yemi eləyirlər?! Amma neyləyə bilərdi, bu təhqirə də dözdü. Səbrlə, təmkinlə cavab verdi ki, işi çoxdur, burda qalıb işləyə bilməz və çıxıb getdi.

Yakovun bədəni eybəcər hala salınsa da, başı əvvəlki kimi yaxşı işləyirdi. Hiss eləyirdi ki, bu yeddi ildə lap yaşa dolub.

Küçədə gedə-gedə fikirləşirdi: «Bəla onda deyil ki, eybəcər hala düşmüşəm. Ürəyimə toxunan odur ki, atam da, anam da məni it kimi qovdular. Gərək anamla bir də danışam. Bəlkə məni tanıya bildi».

О yenə bazara yollandı, Hannaya yaxınlaşıb xahiş elədi ki, ona səbrlə qulaq assın. Qarının onu aparmasmı, uşaqlıqda başına gələn hadisələri yadına saldı, qarının yanında yeddi il yaşadığını, ələ salıb güldüyünə görə onu əvvəlcə dələyə, sonra da cırtdana döndərdiyini nəql elədi.

Hanna bilmirdi nə fikirləşsin. Cırtdanın uşaqlığı barədə danışdıqlarınm hamısı düz idi, ancaq yeddi il dələ olmağına heç cür inana bilmirdi.

О çığırdı:

-     Bu ola bilməz!

Axırı Hanna qərara aldı ki, əri ilə məsləhətləşsin. Səbətlərini götürdü və Yakovla bərabər çəkməçinin dükanına gəldi. Ərinə dedi:

-     Bu cırtdan deyir ki, о bizim oğlumuz Yakovdur. Cadugər qarının yeddi il qabaq onu bizdən oğurlayıb tilsimə saldığını mənə danışdı...

Çəkməçi acıqlı-acıqlı onun sözünü kəsdi:

-     Belə de! Sənə elə bu cür də danışıb? Dayan bir görüm, səfeh! İndicə mən özüm bizim Yakov haqqında ona danışmışam, о da həmin dəqiqə qaçıb sənin başını tovlayıb... Deyirsən ki, səni tilsimə salıblar? Dayan, indicə səni tilsimdən qurtararam.

Çəkməçi qayışı qapıb Үакоvun üstünə cumdu, ona о qədər çəkdi ki, oğlan ağlaya-ağlaya özünü dükandan bayıra atdı.

Yazıq cırtdan bütün günü ac-susuz şəhəri dolaşdı. Heç kəs ona rəhm eləmədi, hamı ona ancaq güldü. Gecə də kilsənin quru, soyuq pilləkəni üstündə yatmalı oldu.

Gün çıxan kimi Үакоv durdu, yenə küçələri dolaşmağa başladı. Fikirləşdi: «Bundan sonra necə yaşayacağam? Bərbər üçün müştəri yığan da olmaq istəmirəm, oyunbazlıq eləyib pul yığmaq da. Anamla atam da məni qovdular. Acından ölməməkçin indi mən neyləyim?»

Bu vaxt Yakovun yadına düşdü ki, dələ olub qarının evində yaşadığı müddətdə yaxşı xörək bişirmək öyrənib. Qərara aldı ki, gedib hersoqun aşpazı olsun.

Ölkənin hökmdarı hersoq da məşhur qarınqulu və dadlı yeməklər xoşlayan adam idi. O, doyunca yemək həvəskarı idi və dünyanın hər yerindən sarayına aşpazlar çağırtdırmışdı.

Үакоv gözlədi, hava lap işıqlaşandan sonra hersoqun sarayma yollandı.

Saray darvazalarına yaxınlaşan vaxt ürəyi bərk çırpınırdı. Qapıçılar nə üçün gəldiyini soruşub biləndə, Yakovu ələ salıb gülməyə başladılar, ancaq Үакоv özünü itirmədi, mətbəxin böyüyünü görmək istədiyini dedi. Onu neçə həyətdən keçirdilər. Yolda hersoqun nökərlərindən kim ona rast gəldisə, dalınca qaçıb qəhqəhə çəkdi.

Yakov bir də gördü ki, dalınca böyük bir dəstə gəlir. Mehtərlər əllərindəki qaşovları yerə atmışdılar, oğlan uşaqları bir-birini ötə-ötə ona çatmaq üçün qaçırdılar, xalı çırpan döşəməsilənlər əl saxlamışdılar. Hamı Yakovu dövrəyə almışdı, həyətdə elə һау-киу vardı ki, elə bil şəhərə düşmən qoşunu girmişdi. Hər yandan çığırırdılar:

-     Cırtdan! Cırtdan! Cırtdanı gördünüz?

Nəhayət, əlində zırpı qamçı, kök, yuxulu eşikağası həyətə, çıxdı. Yoğun səslə çığırdı:

-     Ey, bu nə hayküydür? İt kimi nə hürürsüz?! - Əlindəki qamçını hirslə mehtərlərin, nökərlərin kürəyinə çırpmağa başladı. - Bilmirsiz ki, hersoq hələ yatır?

Qapıçılar cavab verdilər:

-     Bir görün sizin üçün kimi gətirmişik, cənab! Əsl cırtdanı! Beləsini yəqin ki, ömrünüzdə görməmisiz.

Yakovu görən eşikağası üz-gözünü turşutdu, gülməmək üçün dodaqlarını bir-birinə bərk sıxdı; mehtərlərin qabağında gülməyi özünə ar bildi. Ordakı adamları qamçı ilə qovub dağıtdı, Yakovun əlindən tutub saraya apardı və soruşdu ki, ona nə lazımdır. Yakovun mətbəx böyüyünü görmək istədiyini eşidəndə ucadan dedi:

-     Düz demirsən, oğul! Sənə mən lazımam, eşikağası. Axı, sən hersoqun cırtdanı olmaq istəyirsən, elə deyil?

Үакоv cavab verdi:

-     Yox, cənab. Mən aşpazam, hər cür nadir xörəklər bişirə bili-rəm. Rica edirəm məni mətbəx böyüyünün yanına aparasmız. BəIkə o, mənim aşpazlıq qabiliyyətimi yoxlamağa razılıq verdi.

Eşikağası dedi:

-     Özün bilərsən, balaca, görünür, sən həm də səfeh oğlansan. Saray cırtdanı olsaydın, heç bir iş görməzdin, yeyib, içib, əylənərdin, gündə bir cür geyinərdin. Mətbəx nəyinə lazımdır axı! Eybi yox­dur, ona hələ baxarıq. İnanmıram elə usta aşpaz olasan ki, hersoqun özü üçün ləziz yeməklər hazırlayasan, aşpaz köməkçisi olmaq da sənə yaraşmır.

Bunu deyib, eşikağası Yakovu mətbəx böyüyünün yanına apardı. Cırtdan ona təzim edib dedi:

-     Mərhəmətli cənab, sizə usta aşpaz gərək deyil ki?

Mətbəx böyüyü Yakovu başdan-ayağa süzdü, şaqqanaq çəkib güldü:

-     Sən aşpaz olmaq istəyirsən? Elə bilirsən ki, bizim mətbəxin pilətələri yastı-yapalaqdır? Axı, sən barmaqların ucunda qalxsan da, pilətənin üstündə heç nə görməyəcəksən. Yox, balaca dostum, mənim mətbəximdə aşpaz olmağı sənə məsləhət görən adam səni ələ salıb.

Bunu deyib mətbəx böyüyü bərkdən güldü, sonra eşikağası da, otaqda olanlar da şaqqıldayıb güldülər. Amma Үакоv pərt olmadı. Dedi:

-     Cənab mətbəx böyüyü! Mənə bir-iki yumurta, bir az un, çaxır, ədviyyat verməyə, yəqin ki, heyfiniz gəlməz. Ləzzətli bir yemək bişirməyi mənə əmr eləyin, bunun üçün də nə lazımsa verin. Mən xörəyi һаmının gözü qabağında bişirərəm, siz də deyərsnniz: «Вах, bu, əsl aşpazdır!»

Үакоv xırda gözlərini parıldada-parıldada, başını inandırıcı tərzdə tərpədə-tərpədə mətbəx böyüyünü çox dilə tutdu. Axırı ki, mətbəx böyüyü razılaşdı. Dedi:

-     Yaxşı. Zarafat xatirinə sınaqdan keçirək! Hamımız, siz də, cənab eşikağası, gedək mətbəxə.

O, eşikağasının qoluna girdi, Yakova da əmr elədi ki, dalınca gəlsin. İri, bəzəkli otaqlardan, uzun dəhlizlərdən keçib, nəhayət, mətbəxə gəlib çatdılar. Bu, hündür tavanlı geniş bir otaqdı, iyirmi gözlü nəhəng pilətəsi vardı, altı da gecə-gündüz yanırdı. Mətbəxin ortasındakıi hovuzun içində balıqlar üzürdü, divarlardakı mərmər və taxta ləmələrdə bahalı qab-qacaq vardı. Mətbəxə bitişik on nəhəng anbarda azuqə, ləziz yemək1әr saxlanırdı. Aşpazlar, aşpaz köməkçiləri, qabyuyanlar qazanları, tavaları, qaşıqları, bıçaqları taqqıldada-taqqıldada mətbəxdə ora-bura qaçırdılar. Mətbəx böyüyünü görəndə onların hamısı yerində dondu, mətbəxə sükut çökdü; təkcə pilətədəki alovun çırtıltısı, bir də hovuzdakı suyun pıçıltısı eşidilirdi.

Mətbəxin böyüyü səhər naharları müdirindən, gombul, hündür qalpaqlı aşpazdan soruşdu.

-     Cənab hersoq bu gün birinci səhər naharına nə sifariş eləyib?

Aşpaz hörmətlə cavab verdi:

-     Zati-aliləri Hamburq xəmir yumruları ilə Danimarka şorbası sifariş buyurub.

Mətbəxin böyüyü sözünə davam elədi:

-     Yaxşı. Cırtdan, sən eşitdin cənab hersoq nə уеmәк istəyir? Belə çətin xörəkləri sənə etibar eləmək olar? Hamburq xəmir yumrularını dünyasında hazırlaya bilməzsən. Bu, bizim aşpazların sirridir.

Cırtdan cavab verdi:

-     Ondan asan nə var?! - (O, dələ olanda qarı üçün tez-tez belə xörəklər bişirirdi.) Şorba üçün mənə bu, bu otları, ədvacatı, vəhşi qaban piyi, yumurta və yerkökü verin. Xəmir yumruları üçün də, -o, səsini yavaşıtdı ki, sözlərini mətbəx böyüyündən başqa heç kim eşitməsin, - xəmir yumruları üçün də mənə dörd cür ət, bir az pivə, qaz piyi, zəncəfil, bir də «mədə rahatlığı» deyilən ot lazımdır.

Aşpaz heyrətlə çığırdı:

-     Vicdan haqqı, düz deyir! Xörək bişirməyi sənə hansı sehrkar öyrədib? Sən hər şeyi bircə-bircə saydın. «Mədə rahatlığı» otunu mən özüm ilk dəfədir eşidirəm. Onu xəmir yumrusuna qatsan, yəqin ki, ləzzətli olar. Aşpaz deyilsən, aləmsən!

Mətbəx böyüyü dedi:

-     Heç ağlıma da gəlməzdi! Qoy bir sınaqdan keçirək. Ona azuqə, qab-qacaq, nə lazımsa, hər şey verin, qoy hersoq üçün səhər naharı hazırlasın.

Aşpaz köməkçiləri onun əmrini yerinə yetirdilər, ancaq lazım olan şeyləri pilətənin üstünə yığanda və cırtdan xörəyi bişirmək istəyəndə məlum oldu ki, pilətənin yuxarısına onun ancaq uzun burnunun ucu çatır. Kətili pilətənin yanına çəkməli oldular, cırtdan da kətilin üstünə çıxıb, işə başladı. Aşpazlar, aşpaz köməkçiləri, qabyuyanlar cırtdanı dövrəyə aldılar, heyrətdən gözlərini bərəldib onun cəldliklə, ustalıqla xörək bişirməyinə tamaşa eləməyə başladılar.

Cırtdan hər şeyi hazırlayandan sonra əmr elədi qazanların ikisini də odun üstünə qoysunlar və o, deməyincə götürməsinlər. Sonra saymağa başladı: bir, iki, üç, dörd... beş yüzə qədər sayıb, çığırdı: «Bəsdir!»

Aşpaz köməkçiləri qazanları odun üstündən götürdülər, cırtdan da mətbəx böyüyünə təklif elədi ki, xörəkdən dadsın.

Baş aşpaz əmr elədi qızıl qaşığı versinlər. Onu hovuzda yaxaladı və mətbəxin böyüyünə verdi. О da təntənə ilə pilətəyə yaxınlaşdı, buğlanan qazanların qapaqlarını götürdü, şorbadan və yumru xəmirlərdən daddı. Bir qaşıq xörək yeyib, ləzzətdən gözlərini yumdu, dilini marçıldatdı və dedi:

-     Qiyamətdir, şərəfimə and olsun ki, qiyamətdir! Dadmaq istəmirsinizmi, cənab eşikağası?

Eşikağası baş əyib qaşığı aldı, xörəkdən daddı və ləzzətdən yerində tullandı. Dedi:

-     Xətrinizə dəymək istəmirəm, əziz səhər naharı müdiri, siz gözəl, təcrübəli aşpazsınız, ancaq heç vaxt bu cür şorba və xəmir yumrusu bişirməmisiniz.

Aşpaz da hər iki qazanm xörəyindən daddı, Cırtdanın əlini hörmətlə sıxıb dedi:

-     Sən böyük ustasan, balaca! Sənin «mədə rahatlığı» otun şorbaya da, xəmir yumrularına da ayrı cür dad verib.

Bu vaxt hersoqun nökəri mətbəxə girib, öz ağası üçün səhər naharı istədi. Yeməkləri о dəqiqə gümüş qablara qoyub, yuxarı göndərdilər. Çox razı qalmış mətbəx böyüyü cırtdanı öz otağına apardı, onun kim olduğunu, hardan gəldiyini soruşmaq istədi. Elə təzəcə oturub söhbət eləyirdilər ki, hersoqun elçisi gəlib, mətbəx böyüyünü hersoqun yanına çağırdı. Mətbəx böyüyü tez ən yaxşı libasını geydi və elçinin dalınca уеmәк otağına yollandı.

Hersoq öz dərin kreslosunda yayxanmışdı. O, boşqablardaki xörəyin hamısını yemişdi, indi ipək yaylıqla dodaqlarını silirdi. Ləzzətdən xoşhallıqla gülümsəyir, təamdan həzz alırdı.

Mətbəx böyüyünü görəndə dedi:

-     Bura bax, mən sənin biş-düşündən həmişə razı qalmışam, amma bugünkü səhər naharı ayrı cür dadlı idi. De görüm bu xörəyi hazırlayan aşpazın adı nədir, ona bir neçə dukat mükafat göndərim.

Mətbəx müdiri dedi:

-     Cənab, bu gün qəribə bir əhvalat olub.

O, mütləq saray aşpazı olmaq istəyən bir cırtdanı bu gün səhər onun yanına gətirdiklərini hersoqa nəql elədi. Onun hekayətini eşidən hersoq çox təəccübləndi. Əmr elədi cırtdanı hüzuruna gətirsinlər, cırtdan gələndə hersoq onu sorğu-suala tutdu. Yazıq Үакоv yeddi il dələ şəklində qarıya qulluq elədiyini demək istəmirdi, amma yalan danışmağı da xoşlamırdı. Buna görə hersoqa təkcə onu dedi ki, indi nə atası var, nə anası, xörək bişirməyi də ona bir qarı öyrədib. Hersoq bir xeyli vaxt cırtdanın qəribə görkəmindən məzələndi, axırda dedi:

-     Yaxşı, qal mənim sarayımda. İldə sənə əlli dukat pul, bir bayram paltarı, üstəlik, iki şalvar verərəm. Əvəzində hər gün mənim üçün səhər naharı hazırlayacaqsan, günorta xörəyini bişirənlərə göz qoyacaqsan, ümumiyyətlə, süfrəmin ixtiyarı səndə olacaq. Bir də ki, mən xidmətçilərimin hamısına ləqəb vermişəm. Sənin də adın olacaq Burun Cırtdan. Mətbəx böyüyünün köməkçisi rütbəsini alacaqsan.

Burun Cırtdan hersoqa yerəcən baş əyib, mərhəmətinə görə razılıq elədi. Hersoq onu mürəxxəs eləyəndə, Үакоv sevincək halda mətbəxə qayıtdı. İndi daha ümidsiz vəziyyətdən qurtarmışdı, sabahkı günü üçün narahat olmayacaqdı. О öz ağasının xəçalətindən çıxmaq istədi, ölkənin hökmdarı da, bütün saray adamları da balaca aşpazın ustalığından ağızdolusu təriflər söyləməyə başladılar. Burun Cırtdan saraya gələndən bəri hersoq elə bil tamam başqa adam olmuşdu. Qabaqlar уеmək xoşuna gəlməyəndə boşqabları, stəkanları aşpazların təpəsinə çırpardı, hətta bir dəfə elə hirslənmişdi ki, pis qızardılmış dana ayağını mətbəx böyüyünün başına vurmuşdu. Dana ayağı yazığın alnına dəymişdi, о da üç gün yataqdan qalxa bilməmişdi. Xörək hazırlayanda aşpazların hamısının əl-ayağı əsirdi.

Lakin Burun Cırtdanın saraya gəlməsilə hər şey dəyişmişdi. İndi hersoq, əvvəlki kimi, gündə üç dəfə yox, beş dəfə nahar eləyirdi, həmişə də Cırtdanın biş-düşünü tərifləyirdi. Bütün xörəklər ona dadlı, ləzzətli gəlirdi. Hersoq günü-gündən şişib kökəIirdi. Cırtdanı da, mətbəx böyüyünü də tez-tez süfrəsinə dəvət eləyib, hazırladıqları təamlardan özlərinə yedirirdi.

Şəhər camaatı bu qiyamət cırtdana heyran olmuşdu. Saray mətbəxinin qapısı ağzına gündə xeyli adam yığışırdı; adamlar baş aşpaza yalvarırdılar ki, Cırtdanın xörək bişirməyinə gözlərinin ucu ilə baxmağa icazə versin. Şəhərin dövlətliləri isə çalışırdılar hersoqdan icazə alsınlar ki, öz aşpazlarını saray mətbəxinə göndərsinlər. Onlar da cırtdandan xörək bişirməyi öyrənsinlər. Bu, cırtdana xeyli gəlir gətirirdi, hər şəyird üçün ona gündə yarım dukat verirdilər, о da bütün pulları о biri aşpazlara paylayırdı ki, ona paxıllıq eləməsinlər,

Bu minvalla Үакоv sarayda iki il yaşadı. Hərgah onu tanımayıb qapıdan qovmuş ata,anasını belə tez-tez xatırlamasaydı, cırtdan taleyindən yerdən göyəcən razı qalardı. Ancaq bu fikir ürəyini sıxırdı.

Günlərin birində onun başına belə bir əhvalat gəldi.

Burun Cırtdan yaxşı bazarlıq eləyirdi. Bazara həmişə özü gedir, hersoq süfrəsi üçün qaz, ördək, göyərti, tərəvəz seçib alırdı. Bir səhər yenə qaz almağa getdi və çox yubandı, çünki yağlı qaz tapa bilmirdi. Bazarı ələk-vələk elədi, axtardı. İndi daha heç kim cırtdana gülmürdü. Hamı ona baş əyir, hörmətlə yol verirdi. Cırtdan hansı satıcıdan qaz alsaydı, о satıcı sevinərdi.

Gəzişə-gəzişə Үакоv qəfildən bazarın qurtaracağında, satıcı arvadlardan aralı əvvəl görmədiyi bir arvad gördü. О da qaz satırdı, ancaq başqaları kimi malını tərifləmirdi, lal-dinməz oturmuşdu. Yakov arvada yaxınlaşıb, qazlarına baxdı. Elə əsl axtardığı idi. Үакоv qəfəs qarışıq üç qaz aldı - iki еrкәк, bir dişi. Qəfəsi çiyninə qoyub, saraya tərəf yollandı. Birdən gördü ki, qazların ikisi qaqqıldayıb qanadlarını çırpır, lap əsl еrkək qaz kimi, üçüncüsü, dişi qaz isə sakitcə oturub, həm də elə bil ah çəkir.

Үакоv fikirləşdi: «Bu dişi qaz naxoşdur. Saraya çatan kimi gərәк onu kəsdirəm, yoxsa ölər»,

Qaz elə bil onun fikrindən keçənləri başa düşdü. Dedi:

-     Sən kəsmə məni,

Dişlərəm səni.

Boynumu üzsən,

Tez öləcəksən.

Yakov az qaldı qəfəsi əlindən salsın. Qışqırdı:

-     Möcüzədir ki demə, siz danışa bilirsiniz, xanım qaz! Qorxma, belə qiyamət qazı kəsmərəm. And içərəm ki, sən həmişə qaz libasında gəzməmisən. Axı mən də vaxtilə dələ idim.

Qaz cavab verdi:

-     Düz deyirsən. Mən anadan quş doğulmamışam. Heç kimin ağlına gəlməzdi ki, böyük Vitterbokun qızı Mimi ömrünü mətbəx masasının üstündə, aşpazın bıçağı altında başa vuracaq.

Yakov heyran-heyran dedi:

-     Narahat olmayın, əziz Mimi! Bir nəfər sizə bıçaq toxundursa, mən, namuslu adam, adımı, əlahəzrətin baş aşpazı adımı dəyişərəm. Siz gözəl qəfəsdə, mənim otağımda yaşayacaqsınız, mən özüm sizi yemləyəcəyəm, sizinlə danışacağam. О biri aşpazlara deyəcəyəm ki, bu qazı xüsusi otlarla hersoqun özü üçün bəsləyirəm. Bir ay keçməz ki, sizi azad еlәmәк üçün yol taparam.

Kövrəlmiş Mimi cırtdana təşəkkür elədi, Yakov da sözünün üstündə durdu. Mətbəxdəkilərə dedi ki, dişi qazı heç kəsə bəlli olmayan üsulla bəsləyəcək və qəfəsi öz otağına apardı. Mimi qaz yemi ilə yemlənirdi, cırtdan ona şirniyyat, cürbəcür ləziz yeməkIər verirdi, vaxt tapan kimi də söhbət eləmək üçün yanına qaçırdı.

Mimi Yakova danışdı ki, onu bir cadugər qarı qaza döndərib bu şəhərə gətirib; atası məşhur sehrbaz Vitterbok vaxtilə bu qarı ilə dalaşıbmış. Cırtdan da başına gələn əhvalatı Mimiyə nəql elədi. Mimi dedi:

-     Mən sehrdən az-maz baş açıram, atam mənə bir az tilsim öyrədib. Mənə belə gəlir ki, sən qarı üçün evinə kələm gətirəndə o, şorbaya tökdüyü sehrli otla səni tilsimə salıb. Əgər bu otu tapıb iyləsən, təzədən dönüb əvvəlki halına düşə bilərsən.

Bu sözlər cırtdana təsəlli olmadı, axı, həmin otu hardan tapacaqdı? Amma yenə də ürəyində ümid qığılcımı yandı.

Bu əhvalatdan bir neçə gün keçmiş hersoqun qonşusu və dostu olan bir knyaz ona qonaq gəldi. Hersoq həmin dəqiqə cırtdanı çağırıb dedi:

-     Vaxt çatıb, sən gərək sübut eləyəsən ki, mənə canlabaşla xidmət göstərirsən və öz sənətinə yaxşı bələdsən. Mənə qonaq gəlmiş bu knyaz xörək sərrafıdır və dadlı yeməkIər xoşlayır. Gərək bizə elə xörəkIər bişirəsən ki, knyaz hər gün heyrət eləsin. Nə qədər ki, knyaz mənim qonağımdır, bir xörəyi iki dəfə məbada süfrəyə gətirəsən. Yoxsa məndən mərhəmət gözləmə. Nə lazımsa, xəzinədarımdan al, istəyirsən bizə lap qızardılmış qızıl ver, amma knyazın yanında məni biabır eləmə.

Үакоv baş əydi:

-     Narahat olmayın, əlahəzrət. Ləziz xörəklər xoşlayan sizin knyazı razı salaram. Burun Cırtdan canidildən işə girişdi. О bütün günü isti pilətənin qabağında dayanır, cır səsilə aramsız əmrlər verirdi. Aşpazlar, aşpaz köməkçiləri mətbəxdə vurnuxur, onun hər kəlməsinə əməl edirdilər. Hersoqa xoş gəlmək üçün özü də əlləşirdi, başqalarını da yorurdu.

İki həftə idi ki, knyaz sarayda qonaqdı. Onlar gündə beş dəfə nahar eləyirdilər, hersoq da həzz alırdı. O, görürdü ki, «çırtdanın xörəkləri qonağın xoşuna gəlir. On beşinci gün hersoq Yakovu yemәк otağına çağırdı, onu knyaza göstərib soruşdu ki, Cırtdanın aşpazlığından razı qalıbmı?

Knyaz cırtdana dedi:

-     Qiyamət xörək bişirirsən və gözəl yeməyin nə demək olduğunu bilirsən. Mən burda qonaq qaldığım müddətdə bircə yeməyi də süfrəyə iki dəfə verməmisən, hazırladıqlarının da hamısı çox ləzzətlidir. Amma, de görüm, indiyəcən neyçin bizi «kraliça kətəsinə » qonaq eləməmisən? Dünyada ən ləzzətli kətə odur.

Cırtdanın ürəyi düşdü: ömründə belə kətənin olduğunu eşitməmişdi. Ancaq pərtliyini üzə vurmayıb, cavab verdi:

-     Hörmətli cənab, mən ümidvar idim ki, siz hələ xeyli vaxt bizə qonaq olacaqsınız, «kraliça kətəsinə» də vidalaşanda sizi qonaq edim. Axı, siz yaxşı bilirsiniz ki, bu, bütün kətələrin şahıdır.

Hersoq güldü:

-     Belə de! Sən heç məni də «kraliça kətəsi»nə qonaq eləməmisən. Yəqin onu mən öləndə bişirəcəksən ki, son dəfə ləzzət aparım. Ancaq ehsan üçün başqa bir şey fikirləş! « Kraliça kətəsi» də sabah süfrədə olsun! Eşitdin?

Baş üstə, cənab hersoq, - deyib Yakov qanıqara halda fikir xəyal içində otaqdan çıxdı.

Biabır olacağı gün yetdi! Hardan öyrənәсәк ki, bu kətəni necə bişirirlər?

Cırtdan öz otağına çəkilib, acı-acı ağladı. Qəfəsdəki Miminin ona yazığı gəldi. Soruşdu:

-     Neyçin ağlayırsan, Үакоv? - Үакоv «Kraliça kətəsi» əhvalatını ona danışanda, Mimi dedi: - Gözünün yaşını sil və ürəyini sıxma. Bu kətəni bizim evdə tez-tez bişirirdilər, onu necə hazırladıqları da, deyəsən, yadımdadır. Bir qədər un götür, ona bu, bu ədvəcatları qat, kətən də olsun hazır. Əgər içində nəyisə çatmasa, eyb etməz. Hersoqla knyaz onsuz da başa düşməyəcəkIər. Çox elə incə zövqləri də yoxdur.

Burun Cırtdan sevindiyindən atılıb-düşdü, о dəqiqə də kətəni bişirməyə başladı. Əvvəlcə bir balacasını bişirib mətbəx müdirinə verdi ki, dadsın. О da dedi ki, çox ləzzətlidir. Onda Үакоv irisini də bişirib, isti-isti hersoqa göndərdi Özü də bayram paltarını geyib yemәк otağına getdi ki, görsün təzə kətəsi hersoqla knyazm xoşuna gəlirmi.

O, içəri girəndə xidmətçi kətədən iri bir parça kəsib, gümüş ərsin üstündə knyazа təqdim edirdi, sonra da bir parça hersoqa verdi. hersoq birdəfəyə tikənin yarısını dişlədi, çeynəyib uddu və razı halda stulun arxasına söykəndi. Xoşhallıqla dedi:

-     Bəh-bəh, nə ləzzətlidir! Əbəs yerə bu kətəyə kətələr şahı demirlər, Amma mənim cırtdanım da bütün aşpazların şahıdır. Doğru demirəmmi, knyaz?

Knyaz xırdaca bir tikəni ehtiyatla dişlədi, yaxşı-yaxşı çeynədi, dili ilə yaydı və minnətlə gülümsünüb, boşqabı kənarа çəkdi:

-     Pis yemək deyil! Amma «Kraliça kətəsi»nə çatınaz. Mən bilirdim belə olacaq!

Hersoq hirsindən qızardı, qaşqabağını töküb, çığırdı:

-     Yaramaz çırtdan! Nə cürətlə öz ağanı belə biabır eləyirsən? Bunu bişirdiyin üçün boynunu vurmaq lazımdır!

Yakov diz çöküb qışqırdı:

-     Cənab! Mən bu kətəni qaydasınca bişirmişəm. Nə lazımsa, ona qatmışam,

-     Yalan deyirsən, alçaq! - Hersoq cırtdana bir təpik vurdu. -Mənim qonağım nahaqdan deməzdi ki, kətəyə nəsə qatılmayıb. Əmr eləyəcəyəm sənin özünü üyüdüb kətənin içinə qoysunlar, eybəcərin biri!

-     Mənə rəhminiz gəlsin! - Cırtdan zarıyıb, knyazın ətəyindən yapışdı, - Bir ovuc undan, bir ükə ətdən ötrü məni öldürməyin! Deyin görüm bu kətənin nəyi çatımır, neyçin belə xoşunuza gəlmədi?

Knyaz gülüb dedi:

-     Bunun sənə köməyi dəyməz, Burun, mənim əzizim. Mən hələ dünən fikirləşmişdim ki, sən kətəni mənim aşpazım kimi bişirə bilməyəcəksən. Onun içinə burda heç kəsin tanımadığı bir ot qatılmayıb. Otun adına «afiyət olsun» deyirlər. Bu ot qatılmayanda «Kraliça kətəsi»nin təmi qaydasınca olmur və sənin ağan heç vaxt mənim üçün bişirilən kətədən dada bilməyəcək.

Hersoq çığırdı:

-     Yox, mən onu dadacağam, özü də lap tez! Hersoq vicdanına and içirəm, ya sabah siz о cür kətəni süfrəmdə görəcəksiniz, ya da bu yaramazın başı mənim sarayımın darvazası üstündə sancılacaq. Rədd ol, itin biri it! Canını qurtarmaq üçün sənə bir gün vaxt verirəm.

Zavallı cırtdan ağlaya-ağlaya öz otağına gəlib, qaza şikayətləndi, dərdini açdı. Yox, daha ölümdən yaxa qurtara bilməyəcəkdi! Axı, «afiyət olsun» adında otun olduğunu ömründə eşitməmişdi.

Mimi dedi:

-     Əgər çətinlik təkcə bundadırsa, mən sənə kömək eləyə bilərəm. Atam mənə bütün otları tanıdıb. Bu əhvalat iki həftə əvvəl olsaydı, sən doğrudan da ölümdən can qurtarmayacaqdın, amma bəxtindən, indi təzə ay doğub, həmin ot da bu vaxtlar çiçəkləyir. Sarayın yan-yörəsində qədim şabalıd ağacları varmı? Cırtdan sevincək qışqırdı:

-     Hə, hə! Bağda, lap yaxınlıqda üç-dörd şabalıd ağacı bitir. Onları neyləyirsən axı?

Mimi cavab verdi:

-     Bu ot ancaq qədim şabalıd ağacınım altında bitir. Boş yerə vaxt itirməyək, gedək onu axtaraq. Məni qucağına götür, saraydan çıxar.

Cırtdan qazı qucağına aldı, saray darvazalarına tərəf getdi. Çıxmaq istəyəndə qapıçı onun yolunu kəsdi. Dedi:

-     Yox, mənim əzizim Burun, mənə mоhkәm tapşırıblar ki, səni saraydan buraxmayım.

Cırtdan soruşdu:

-     Yəni bağda da gəzə bilmərəm? Xahiş edirəm, lütfən nəzarətçinin yanına bir adam göndər, soruşsun mən bağda gəzib ot yığa bilərəmmi?

Qapıçı nəzarətçinin yanına adam göndərdi, nəzarətçi də izn verdi, axı, bağ uca hasar içinə alınmışdı, qaçmaq mümkün deyildi.

Bağa çıxan cırtdan Mimini yerə qoydu, о da ayaqlarını çəkə-çəkə göl qırağında bitmiş şabalıd ağaclarının yanına getdi. Yakov da büzüşə-büzüşə onun dalınca düşdü. Gedə-gedə fikirləşdi: «Әgər Mimi həmin otu tapmasa, özümü gölə atacağam. Hər halda bu, boynu vurulmaqdan yaxşıdır».

Bu ara Mimi şabalıd ağaclarının altını bircə-bircə yoxladı, dimdiyilə otları çək-çevir elədi, heyhat, «afiyət olsun» otu heç yerdə tapılmadı. Dişi qaz acı göz yaşı tökdü.

Qaş qaralır, otların saplağını ayırd еlәmәк çətinləşirdi. Qəfildən cırtdan gölün о biri sahilinə baxdı və sevincək qışqırdı:

-        Ora bax, Mimi, görürsən, о tayda bir dənə də iri şabalıd ağacı var! Gedək orda da axtaraq, bəlkə mənim bəxtim о ağacın altındadır.

Dişi qaz qanadlarını bir-birinə ağır-ağır çırpıb uçdu, qısa ayaqlı cırtdan da onun dalınca götürüldü. Körpünü keçib, özünü şabalıd ağacına çatdırdı. Qollu-budaqlı, six yarpaqlı ağacın altında alaqaranlıqda heç nə görünmürdü. Birdən Mimi qanadlarını çırpdı, sevindiyindən hətta tullandı da. Dimdiyini tez otun arasına soxdu, bir çiçək qopartdı, ehtiyatla onu Yakova uzadıb dedi:

-     Bu, «afiyət olsun» otudur. Burda bol bitib, sənə xeyli vaxta bəs elər.

Cırtdan çiçəyi alıb, fikirli-fikirli ona baxdı. Tünd, xoş iyi vardı. Nədənsə toyuğun içini doldurmaq üçün qarının anbarında ot seçib axtardığı, yaşılımtıl saplaqlı, sarı haşiyəli alqırmızı çiçəyi olan ot tapdığı Үакоvun yadına düşdü.

Birdən cırtdan həyəcandan titrəyib, qışqırdı:

-     Bilirsən, Mimi, deyəsən, məni dələdən çırtdana döndərən həmin çiçəkdir! Qoy bir onu iyləyim.

Mimi dedi:

-     Tələsmə. Bu otdan bir dəstə yığıb, sənin otağına gedək. Hersoqa qulluq elədiyin vaxtda yığdığın pulu da, başqa şeyləri də yığışdır, sonra bu sehrli otun gücünü sınayaq.

Səbirsizlikdən ürəyi bərk çırpınsa da, Үакоv Miminin sözünə qulaq asdı. Qaça-qaça özünü otağa saldı. Yüz dukat pulu, paltarlarını düyünçəyə yığdı, uzun burnunu çiçəklərin içinə basıb iylədi. Birdən əzələləri şıqqıldadı, boynu uzandı, başı о dəqiqə çiyinlərindən qalxdı, burnu get-gedə gödəldi, ayaqları da get-gedə uzandı, Kürəyi, sinəsi hamarlanıb düzəldi. Үакоv dönüb əsl adam oldu. Mimi Үакоvа heyrətlə baxdı, baxdı, sonra çığırdı:

-     Necə qəşəngsən! İndi о eybəcər cırtdana heç oxşamırsan!

Үакоv çox sevindi. Həmin dəqiqə valideynlərinin yanına qaçmaq istədi, ancaq xilaskarını atıb gedə bilmədi.

-     Sən olmasaydın, əziz Mimi, mən ömrüm boyu cırtdan olub qalacaqdım, bəlkə də cəlladın baltası altına düşəcəkdim, - deyib, qazı sığalladı. - Mən sənin xəcalətindən çıxmalıyam. Səni atanın yanına aparacağam ki, tilsimini sındırsın. Axı, о bütün sehrbazların ən ağıllısıdır.

Mimi sevindiyindən ağladı, Үакоv onu qucağına götürüb, sinəsinə sıxdı, Heç kəsi duyuq salmadan saraydan çıxdı, görən də onu heç tanımadı; Mimi ilə dənizə, atası sehrbaz Vitterbokun yaşadığı Qotland adasına yollandı.

Uzun səyahətdən sonra, axır ki, adaya yetişdilər. Vitterbok о saat tilsimi sındırdı, Yakova çoxlu pul, xələt verdi. Үакоv yubanmadan doğma şəhərinə gəldi. Ata anası onu görüb sevindi. Axı, о elə qəşəng olmuşdu ki, həm də çoxlu pul gətirmişdi.

Hersoqun barəsində də danışmaq lazımdır.

Səhəri gün hersoq öz vədinə əməl eləmək, knyazın dediyi otu tapmayıbsa, cırtdanın boynunu vurdurmaq istədi. Ancaq Yakov heç yerdə tapılmadı.

Onda Knyaz dedi: hersoq cırtdanı qəsdən gizlədib ki, ən yaxşı aşpazından məhrum olmasın. Onu yalançı adlandırdı. Hersoq bərk hirsləndi və knyazа müharibə elan elədi. Xeyli döyüşlərdən, vuruşlardan sonra, axır ki, barışdılar və bu barışığı bayram еlәmәк üçün knyaz öz aşpazına əmr elədi əsl «Kraliça kətəsi» bişirsin. Onların arasındaki barışığı elə də adlandırdılar: «Kətə barışığı».

Vəssalam, Burun Cırtdanın nağılı da burda qurtardı.

Oxunub 8122 dəfə