Səhifəni çap et
Şənbə, 01 Sentyabr 2012 09:59

QAPLAN VƏ ARABA KÖLGƏSI

ZAHİD XƏLİL

QAPLAN VƏ ARABA KÖLGƏSI

b
ay günəşi göydən od ələyirdi. Bir ulaq arabanı çəkib apara bilmirdi və buna görə də yolun qırağında dayanmışdı ki, dincini alsın. Bu zaman hardansa Qaplan gəlib çıxdı və arabanın kölgəsində dincəlməyə başladı. Kölgə sərin və ləzzətli idi. Bayaqdan istidən dili çıxan itin keyfi kökəlmişdi. Quyruğunu şeşəliyib gərnəşdi. Birdən gözünə uzunqulaq dəydi. It fikirləşdi ki, bu uzunqulaq deyəsən özünü yaman dartır. Əslində isə o, qanmaz və avaradır.

– Hav-hav, deyərək uzunqulaqa hürdü. Sən avara bir uzunqulaqsan: Camaat işində gücündədir, amma sən bu yolun qırağında avaralanırsan.

– Mən avaralanmıram – deyə uzunqulaq izah etdi. Bir az dincimi alıram. Arabanı çəkmək sənə asan gəlməsin.

– Hav-hav, inandıra bilməzsən. Yer üzündəki bütün uzunqulaqlar sarsaq və avaradır.

– Başqaları ilə nə işin var? – deyə uzunqulaq qəzəbləndi və arabanı dartıb apardı.

Aydın məsələdir ki, araba ilə birlikdə onun kölgəsi də getməyə başladı. Özünü ağıllı hesab edən Qaplan əvvəl qulağını salladı və sonra quyruğunu dik tutub arabanın dalınca qaçmağa başladı.

– Kölgəni hara aparırsan? Onu özüm tapmışam. Axıra qədər də mənim olmalıdır.

Uzunqulaq isə mümkün qədər sürətlə qaçırdı ki, itin zəhlətökən səsini eşitməsin. Kölgə də eyni sürətlə yolun qırağı ilə şütüyürdü.

Oxunub 12167 dəfə