Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 12:59

GÜNƏŞ HARADA YAŞAYIR

GÜNƏŞ HARADA YAŞAYIR

Sloven nağılı

Q
uşların həyətində, Kürt toyuğun sapsarı Cücələri oldu. Onlar çox balaca idilər, həm də hər şeylə maraqlanırdılar. Günəş balaca Cücələrə həvəslə tamaşa edirdi, axı onlar da Günəş kimi sarı idilər. Günəşin mülayim ilıq şüaları Cücələrin zərif qanadlarını sığallayır, onlara ən yaxşı soxulcanları tapmaqda kömək edirdi.

Bir gün göy üzündə böyük qara bulud əmələ gəldi. O, Günəşin qabağını tutmuşdu və heç cür çıxıb getmək istəmirdi. Cücələr Günəşin nəvazişi üçün darıxmağa başladılar.

-     Bəs bizim Günəşimiz hardadır? - deyə bir səhər Cücələr səs-küy saldılar. - Bəlkə о yatıb, oyanmaq istəmir? Biz gərək Günəşi qaytaraq!

-     Siz Günəşi necə qaytara bilərsiniz axı? - Kürt toyuq balalarını heç yerə buraxmaq istəmirdi, axı onlar çox balaca idilər. - Siz heç bilmirsiniz о harada yaşayır!

-     Bilmirik, öyrənərik. Biz yolumuza çıxan hər bir kəsdən soruşacağıq, ola bilməz kimsə Günəşin harada yaşadığını bilməsin! - deyərək Cücələr yola düşdülər.

Həyəti keçib doqqazdan bayıra çıxdılar. Onlara bir İlbiz rast gəldi. Cücələr onu dövrəyə alıb cikkildəməyə başladılar:

-     İlbiz, ay İlbiz! Sən bilmirsən Günəş harada yaşayır? Biz Günəşi göyə qaytarmaq istəyirik!

İlbiz diksindi, buynuzlarını çanağında gizlətdi və ordan cavab verdi:

-     Bilmirəm. Sağsağandan soruşun, о yerə uçur, hər şeyi bilir. Ba-a-ax, о çəpərin üstünə qonub.

Sağsağandan heç soruşmaq da lazım deyildi. О Cücələri görüb təəccübləndi: belə körpə balalar küçədə nə gəzirdilər? Uçub onlara yaxınlaşdı, cırıldamağa başladı:

-     Cır-cır-cır! Hara belə gedirsiniz? Valideynləriniz sizi niyə tək buraxıblar?

Cücələr boyunlarını dartdılar, qanadlarını çırpıb düzəltdilər, onlar göstərmək istəyirdilər ki, elə də ba­laca deyillər və dedilər:

-     Biz Günəşi axtarmağa gedirik. Günəş bizdən gizlənib, biz onsuz darıxırıq. İndi də onu göyə qaytarmaq istəyirik. Sən, təsadüfən, bilmirsən biz onu necə tара bilərik? İlbiz dedi ki, sən hər şeyi bilirsən...

-     Düzü mən bilmirəm, amma düşünürəm ki, Dovşan bilir. O, çöllərdə qaçır, hər yeri görür.

Gedək, sizi otürüm.

Onlar birlikdə yola düşdülər: Cücələr yolla gedir, Sağsağan qabaqda uçur, Dovşanın yanına gedən yolu göstərirdi.

Onlar tarlanı keçdilər, gördülər ki, Dovşan sonuncu mərzdə oturub kök yeyir. Cücələr onu görüb sevindilər, səs-küy saldılar:

-     Dovşan, ay Dovşan! Sən bilmirsən, Günəş harada yaşayır? Günəş itib, gizlənib. Biz onu göyə qaytarmaq istəyirik.

Dovşan bu səs-küydən özünü itirdi, qulaqlarını qısdı. Amma yan-yörəsinə göz yetirib gördü ki, onun yanına körpə Cücələr təşrif buyurublar, Sağsağan da onlarladır. Qorxulu bir şey olmadığını yəqin edəndən sonra о cavab verdi:

-     Yo-o-o-x, bilmirəm Günəş harada yaşayır. Özüm də onsuz darıxıram. Kələm də, kök də günəşsiz pis böyüyürlər.

-     Bəs nə edək? - deyə Cücələrin qanı qaraldı.

-     Siz Ördəkdən soruşun. Bax, о, çaydakı qamışlıqda yaşayır. О çox yerlərə üzür, bəlkə, о Günəşin evini görüb? Gözləyin, mən də sizinlə gəlirəm.

Dovşan hamını çaya apardı. Ördək çayın yaxınlığmda özünə yuva qurmuşdu. Cücələr Ördək xalanı elə yuvasının yaxınlığında tapdılar. Onu uzaqdan görüb haray-həşir qopartmağa başladılar:

-     Ördək, ay Ördək! Sən bilmirsən, Günəş harada yaşayır? Biz onsuz darıxırıq, onu göyə qaytarmaq istəyirik!

-     Düz eləyirsiniz! - deyə Ördək qağıldadı və öz qanadlarını qabartdı. - Elə mən də heç cür qanadlarımı quruda bilmirəm. Bizə də Günəş lazımdır, özü də necə lazımdır!

-     Onda sən bilirsən onun yanına necə getmək olar? - Dovşan Ördəyin sözünü kəsdi.

-     Yox, bilmirəm. Amma çayın о üzündə oyuqlu palıd ağacının altında Kirpi yaşayır. O yəqin ki, bilər.

-     Bəs biz ora necə gedək? - deyə Cücələr, Sağsağan, Dovşan soruşdu.

-     Bax orda körpü var, onun üstü ilə keçən kimi Kirpinin evini görəcəksiniz, - deyə Ördək cavab verdi. - Gözləyin, mən də sizinlə gəlirəm, yolu göstərərəm.

Cücələr, Sağsağan, Dovşan və Ördək körpünü keçib Kirpinin yanına getdilər. Kirpi palıd ağacının altmda özünə yaxşı ev qurmuşdu, özü də içəridə yumağa dönüb uzanmışdı. Tikanlarından başqa nə burnu, nə quyruğu görünmürdü. Cücələr Kirpiyə yaxınlaşmağa ehtiyat etdilər. Dovşan və Sağsağan isə qorxmadılar. Sağsağan cırıldamağa, Dovşan isə qabaq pəncələri ilə palıd ağacını döyəcləməyə başladı:

-     Kirpi, ay Kirpi! Bayıra çıx! De görüm, bilmirsən, Günəş harada yaşayır?

-     Fu-fu-fu, - deyə Kirpi yumağını açaraq deyinmə-yə başladı. - Kimdir məni oyadan?

Günəş artıq çıxmır, yəqin payız gəlib. Mən də qış yuxusuna hazırlaşıram.

-     Ү-о-о-о-х, Kirpi, - Cücələr ciyildəməyə başladılar. - Payıza hələ çox var. Sadəcə Günəş bizdən gizlənib. Onu göyə qaytarmaq lazımdır. Sən bilmirsən onun yanına necə gedə bilərik?

Kirpi fikirləşdi və dedi:

-     Bilirəm, əlbəttə bilirəm Günəş harada yaşayır! Palıdın arxasında böyük dağ, dağın üzərində böyük bulud var. Buludun üzərində təzə ay asılıb, ordan da Günəşin evi görünür!

Cücələr, Sağsağan, Dovşan və Ördək böyük dağa tərəf yola düşdülər. Kirpi də onlarla getdi. Onlar buludu tutub onun üstündə oturdular. Bulud göydə uçmağa başladı və Cücələri, Sağsağanı, Dovşanı, Ördəyi və Kirpini təzə ayın asıldığı yerə gətirib çıxardı. Bir az da yaxına uçub yan-yörələrinə nəzər saldılar: artıq Günəşin evi də görünürdü. Cücələr, Sağsağan, Dovşan, Ördək və Kirpi buluddan endilər, cığırla Günəşin evinə tərəf tələsdilər.

Günəşin evinin qapısı da, pəncərələri də bağlı idi. Sanki evdə heç kim yox idi. Cücələr dimdiklərini şaqqıldatmağa, Sağsağan var gücü ilə cırıldamağa başladı. Dovşan ön pəncələri ilə qapını döyəcləməyə başladı. Ördək qağıldadı, Kirpi isə onlara kömək edirdi:

-     Günəş, ay Günəş! Evdəsən? Pəncərəni aç!

-     Kimdir pəncərənin altında qışqıran? - deyə gərnəşərək pəncərədən boylanan Günəş soruşdu.

-     Bu bizik - Cücələr, Sağsağan, Dovşan, Ördək, bir də Kirpi. Biz səni çox axtarmışıq, sənsiz bizim kefimiz olmur. Tez ol, çıx, Günəş!

-     Oh, oh! - deyə Günəş zarıldadı. - Mən indi göydə necə görünə bilərəm? Üç gün qara bulud məni gizlətmişdi, üç gün qarşımı kəsmişdi. İndi heç parıldaya da bilmərəm. Məni toz basıb, hislənmişəm.

-     Biz sənə kömək edərik, - deyə Cücələr, Sağsağan, Dovşan, Ördək və Kirpi sevindilər, - biz səni təmizləyərik.

Onlar birlikdə Günəşi parıldatmağa başladılar. Dovşan və Kirpi süpürgəni alıb Günəşin tozunu aldılar. Ördək və Sağsağan əllərinə əski alıb Günəşi silməyə, hisini təmizləməyə başladılar. Cücələr isə Günəşin üstünə qonan toz dənələrini çırpırdılar.

Beləliklə göyün üzündə tərtəmiz, par-par parıldayan Günəş göründü.

Hər yer aydınlandı və isindi.

Cücələr evlərinə döndülər. Həyətdə о yan, bu yana qaçır, dən axtarır, Günəşdə qızınırdılar.

Ana Kürt toyuq isə məğrur-məğrur həyətdə gəzişirdi: görün onun necə balaları vardı! Balaca da olsalar, belə çətin məsələni həll edə bildilər: Günəşi göyə qaytardılar!

Oxunub 6781 dəfə