Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 


 

AndersenDanimarkalı yazıçı və şair, “Çirkin ördək balası”, “Kölgə”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız”, “Qar kralıçası” və s. uşaq və böyüklər üçün dünya şöhrətli nağılların müəllifi Hans Xristian Andersen 2 aprel 1805-ci il tarixində çəkməçi ailəsində anadan olmuşdur. İlk nağılları o, “Min bir gecə” əhvalatlarını oxuyan atasından eşitmişdir. Atası balaca Hansa mahnı oxumaq və oyuncaqlar düzəltməyi, anası isə paltar tikməyi öyrətmişdir. Uşaq vaxtlarından xəyallarla yaşayan Hans tez-tez atasının evdə düzəltdiyi kukla teatrı üçün improvizasiya olunmuş tamaşalar qurarmış. 11 yaşında atasını itirən oğlan işləmək məcburiyyətində qalır və siqaret fabrikinə işə düzəlir. 3 ildən sonra bir az pul yığmış və ilk uzunboğaz çəkmələrini almış Hans Kopenhagenə yollanır və həyatını teatr sənəti ilə bağlayır, dramatik əsərlər yazır və aktyor kimi də özünü sınıyır.

 

1822-ci ildə yazıçının işıq üzü görən “Elflərin günəşi” adlı pyesi zəif əsər olsa da, çalışdığı teatrın rəhbərliyi onun üçün gimnaziyada ödənişsiz təhsil və təqaüd almaq hüququna nail olur. 17 yaşlı gənc latın məktəbinin ikinci sinfinə daxil olur və yoldaşlarının istehzalı gülüşlərinə baxmayaraq gimnaziyanı müvəffəqiyyətlə başa vurur. Sonralar o, şeirlər də yazır, lakin onu hər kəsə tanıdan nagılları olur. Roman və pyeslərlə tanınmağa çalışan Hans Xristian Andersen ömrünün sonunadək ona şöhrət gətirmiş nağıllara nifrət etsə belə yenilərini yaradır, son nağılını isə 1872-ci ildə qələmə alır. 4 avqust 1875-ci il tarixində yazıçı vəfat edir.

 

Qeyd edək ki, Hans Xristian Andersenin nağılları əksər dünya dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilmişdir.