Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« September 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30            

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 01 Sentyabr 2012 07:40

KƏHRİZ SUYU

Münəvər Tapdıqova

KƏHRİZ SUYU

(Hekayə)

Y
ayın cırhacır vaxtı idi. Cırcıramalar ağacların başında yorulmadan cırıldaşır, bəziləri isə «oxumaqdan» partlayıb yerə düşürdülər.

Həvvaqızın nənəsi Anabay da ağ nikelli kömür samovarını qaynadıb cökə ağacının altında sərinlikdə oturardı. Hind çayı tökülmüş çayniki də samovarın dəmkeşində dəmləyərdi.

Həvvaqızın rəfiqələri darıxanda onlara oynamağa gələrdilər. Cökə ağacının altı çox sərin olardı, çünki o, sıxçətirli idi. Çiçək açanda mahmızlı sarı çiçəklərinin ətrindən doymaq olmur. Bal arıları sarı çiçəklərdən sallanıb ayaqlarına çiçəyin şirəsini çəkərdilər. Arıların bir-birinin bəhsinə şirə toplaması, onların vızıltısı adama xoş gələrdi.

Amma Anabay nənə deyirdi ki, yayda sərin suyun yeri ayrıdı, Həvvaqız, qızım bəlkə rəfiqələrinlə kəhrizdən sərin su gətirməyə gedəsiniz. Həvvaqız və qızlar razı  oldular. Həvvaqız bir vedrə su tutuan balaca səhəngini çiyninə aldı, çiyni əzilməsin deyə çay dəsmalını dördqat edib çiyninə qoydu. Bir rəfiqəsi əlinə balaca vedrə götürdü, o biri rəfiqəsinə isə su qabağı çatdı (su qabağı suyu çox sərin saxlayır). Qızlar kəhrizdən su gətirməyə getdilər. Çatanda gördülər ki, kəhrizin başında çoxlu qız-gəlin var. Böyüklər uşaqları kəhrizin lap yanına gəlməyə qoymurdular. Anabay nənə bilirdi ki, istidə kəhrizin başında çox adam olur. Ona görə uşaqları qorxmadan kəhrizdən su gətirməyə göndərmişdi. Qonşuları - Şəhruzat uşaqların qablarını doldurdu və daha yanınızda böyük adam olmadan kəhrizdən su çəkməyə gəlməyin dedi. Kəhriz Humbol çayından bir qədər aralıda - qoz ağaclarının altında idi. Qoz ağacının da sərin kölgəsi olur. Naxırçı qaramalı (inək, camış, buğa, öküz və s.) qoz ağacının kölgəsində sərin düşənə qədər saxlayardı.

Kəhrizin iç divarları daşdan hörülmüşdü. Adamlar vedrənin qulpuna kəndir bağlayıb kəhrizə sallayır və oradan su çəkər, qab-qacağını doldurub qurtardıqdan sonra ağzını taxtalarla örtərdilər ki, yolunu azan adam və ya mal-qara kəhrizə düşməsin. Kəhrizin suyu elə sərin idi ki, içəndə adamın boğazını göynədərdi. Qızlar suya gedəndə və qayıdanda çayın kənarındakı sığallı iri daşların yanında yorğunluqlarını alardılar. Bəzi daşların üzərində sarı, yaşıl ləkələr olurdu, elə bil üzərinə nazik parça yapışdırmısan. Buna el arasında xınalı daşlar və ya xınalı qayalar da deyirlər. Qızlar nazik bir daşla, daşın üzərindən «xına»nı qazıyıb, azca su vurub ovuclarında ovxalayırdılar, sonra əllərini çırpardılar ki, qalan əlindən yerə tökülsün, yerində isə qırmızı xına rəngində iz qalardı. Elə bil əlinə xına qoymusan. Qızlar və Həvvaqız evə çatanda Anabay nənə onlara deyərdi - tez olun əllərinizi yaxşı-yaxşı yuyun bəlkə o acı şeydir.

Qızlar aralarında mehribancasına söhbət edib ayrıldılar. Sabah Humbol çayının kənarındakı kolluqlardan böyürtkən yığmağa gedəcəklərini planlaşdırdılar.

Anabay nənə isə kəhrizin suyundan üzünə vuraraq sərinləndi, su qabağını başına çəkib kəhriz suyundan qurtaqurtla içdi və qızlara su qədər ömrünüz olsun deyə dua elədi. 

Oxunub 7997 dəfə