Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« September 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30            

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 01 Sentyabr 2012 08:29

Qara maz

İradə Aytel

Qara maz

(Hekayə)

R
amidənin beş yaşı var idi. O, ev işlərində anasına və nənəsinə kömək edirdi. Nənəsi ona demişdi ki, “daha sən böyük qızsan, səhər duranda saçlarını dara, paltarını gey, anaya kömək ol”. Ramıdə isə nənəsinin dediklərinə əməl edir, hətta səhərlər əl-üzünü yumazdan əvvəl yatağını da səliqəyə salmağa çalışırdı.

Ana ilə nənə bazara getmişdi. Ramidə babası ilə evdə qalmışdı. Baba televizorda xəbərləri izləyirdi. Ramidə isə otağı səliqəyə salandan sonra həyətə çıxdı. Gözü rəfdəki qara rəngli ayaqqabı mazına sataşdı. O, mazı götürüb qapağını açdı. Fırçanı böyük həvəslə mazın içərisinə saldı. Rəngə bulaşmış fırçanı sağ əlində tutub, sol əliylə özünün təzəcə alınmış sarı sandalına yaxdı. Sandalın üstünü, yanlarını dabanını qara rəngə elə bulaşdırdı ki, sarı sandalın üzü qara rənglə cırmaqlandı sanki. Sandalın rənglənmiş tayını səliqə ilə rəfə qoyub, o biri tayını əlinə götürdü. Rənglənmiş sandala və əlindəkinə baxdı. Gördüyü iş çox xoşuna gəldi. Əlindəki sandalın o üz-bu üzünə nəzər saldıqdan sonra, onu dabanından rəngləməyə başladı. Fırça sağa-sola hərəkət etdikcə maz ətrafa və üst-başına dağılırdı. Mazlı əlini sol yanağından burnuna doğru çəkib, alnına dağılmış tellərini arxaya daraqladı. Sifəti maza bulaşmış qız  döyüşqabağı rənglənmiş hindulara oxşadı. Sonra o, sandalın tayını aparıb o biri ilə cütlədi. Rəfdən üz-gözünə sanki his yaxılmış bir cüt sandal incik-incik ona boylanırdı.

- Siz indi daha qəşəngsiniz, mən sizi geyib bağçaya gedəcəm, - deyərək, əlindəki fırça ilə anasının ağ dikdaban çəkmələrini elə yerindəcə maza buladı. Beləliklə o, atanın, ananın, nənənin, özünün ağ, sarı, göy, qırmızı… bütün çəkmələrini rənglədi. Babanın çəkmələri isə maz rəngində idi. Fırçanı çəkmələrə yaxan Ramidə: “Yoox, bu özü rənglidi, mənim bəzəyim burada görünmür” – deyərək, çəkmələri bir kənara qoydu.

Ana ilə nənə gələndə o, öz işini qurtararaq, həvəslə yan-yana düzdüyü ayaqqabıları seyr edirdi. Bunu görən ana həyəcanla səsləndi:

-       Vay, sən neynəmisən, axı bu yalnız qara ayaqqabılar üçündür.

Səsə baba da otaqdan çıxdı. Ramidə qaş-qabağını tökərək babasına tərəf boylandı:

-       Baba, baba, de dəə, axı mən daha yekə qızam, Anaya köməy etməliyəm. Ayaqqabıları rəngləmişəm, ana isə sağol demir. Amma baba, sənin ayaqqabılarını heç rəngləmədim, sən də sağol deməyəcəksən hə? – deyərək mazdan güclə seçilən qapqara gözlərini babaya zillədi. Baba sevimli nəvəsini qucağına alıb dedi:

Hə qızım, düzdür, çox sağol, ana da sənə sağol deməlidir. Amma bir də qara rənglə başqa rəngli çəkmələri rəngləmə. Axı sən yekə qızsan, rəngləri də tanıyırsan, bax, bir də tuflilərini qara ilə rəngləsən, onlar səndən küsüb gedəcəklər.

Oxunub 7532 dəfə