Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 10:31

HƏR KƏS ÖZ PAYINI ALDI

HƏR KƏS ÖZ PAYINI ALDI

Eston nağılı

g
ünlərin bir günü yoxsul bir qoca yolla gedirdi. Axşamçağı idi, qaş qaralırdı.

Qoca ən yaxın evə gedib gecələməyə yer axtarmaq istədi. Böyük bir evin pəncərəsini döydü:

-     Mənə gecələməyə yer verə bilərsiniz?

Evdən varlı-hallı ev sahibəsi çıxdı və qocanı о ki var danlamağa, üstünə qışqırmağa başladı. - İndi, - dedi o, - itləri zəncirdən açıb üstünə qısqırdacam! Onda görərsən gecələmək üçün yer necə olur! Rədd ol burdan!

Yolçu yoluna davam etdi. Qarşısına kasıb bir ev çıxdı. Qoca pənəcərəni döydü və dedi:

-     Ay ev sahibi, bircə gecəliyə mənə qalmağa yer verin!

-     Gəlin, girin içəri! - deyə ev sahibəsi onu gülərüzlə qarşıladı. Gecəni qal, amma incimə, bizim evimiz çox darısqaldır, özü də çox səs-küylüdür.

Qoca içəri girdi və gördü ev çox kasıbdır. Evdə çoxlu uşaq var idi. Hamısının da əyin-başı yırtıq-sökükdür.

-     Niyə uşaqların paltarları belə yırtıq-sökükdür? -deyə qoca soruşdu. - Niyə onlara təzə əyin-baş tikmirsən?

-     Eh, hardandı? - deyə qadın cavab verdi. - Ərim ölüb, uşaqları təkbaşıma böyüdürəm. Onlara təzə paltar çatdıra bilmirəm! Heç çörək almağa da pulumuz yoxdur.

Yolçu qadına qulaq asdı, amma bir söz demədi. Ev sahibəsi süfrə açdı, qonağı süfrəyə çağırdı:

-     Gəl, sən də bizimlə ye!

-     Yox, - dedi yolçu, - istəmirəm. Mən toxam, bir az var yemişəm.

О öz dağarcığını açdı, ordan yeməli şeylər çıxardıb uşaqlara verdi. Sonra yerinə girib yatdı.

Səhər tezdən qoca oyandı, ev sahibəsinə gecələməyə yer verdiyi üçün təşəkkür etdi və sağollaşaraq dedi:

-     Səhər tezdən nə işlə məşğul olsan axşama qədər о işi görəcəksən!

Qadın qocanın sözlərini başa düşmədi və onlara fikir vermədi. О qocanı yola saldı, evə qayıtdı və düşündü: "Hətta bu yoxsul qoca da mənim uşaqlarımın əyin-başlarının töküldüyünü deyirsə, gör başqaları nə deyir!"

Bunu düşünərək kətan parçanın qalıqlarından heç olmasa bir köynək tikməyə qərar verdi. Varlı qonşusunun yanına gedib ondan parçanı ölçmək üçün bir arşın istədi. Bilmək istəyirdi ki, parçanın qalıqlarından köynək çıxar ya yox?

Yoxsul qadın qonşudan arşını alıb evinə qayıtdı və anbara getdi.

Rəfdən parçanın qalığını götürdü və onu ölçməyə başladı. Qadın ölçür, parça isə hey uzanırdı, sonu-bucağı görünmürdü. Bütün gün о parçanı ölçdü və yalnız gecə yarısı ölçüb qurtardı.

İndi bu parça nəinki onun özünə və bütün uşaqlarına əyin-baş tikməyə ömürlərinin axırına kimi çatardı!

"Sən demə səhər qoca bunu deyirmiş!" - qadın səhərki sözlərin mənasını yalnız indi anladı.

Axşam qadın arşını varlı qonşusuna qaytardı və qocanın bir sözü ilə bir anbar parçaya necə sahib olduğunu gizlətmədən danışdı.

"Ah, nahaq mən bu yolçunu gecələməyə buraxmadım!" - deyə varlı qadın fikirləşdi və qışqırdı:

-     Ey, muzdur! Tez atı qoş! О dilənçinin dalınca get! Nəyin bahasına olursa-olsun onu bura gətir!

Yoxsullara simiclik etmədən kömək etmək lazımdır! Mən bunu həmişə demişəm!

Muzdur dərhal qoca yolçunu axtarmağa yola düşdü. Yalnız səhərisi gün ona çatdı. Amma qoca qayıtmaq istəmirdi.

-     Gəlməsən, vay halıma! Xanım məni qovacaq, maaşımı da verməyəcək!

-     Qəm yemə, oğlan! - dedi qoca. - Qoy sən deyən olsun, gedək!

Arabaya oturub geri qayıtdı.

Varlı qadın darvazanın yanmda durub səbirsizliklə onların yolunu gözləyirdi. Qocanı təzimlərlə, gülərüzlə qarşıladı, evə apardı, yedirtdi, içirtdi, yumşaq yorğan-döşək saldı:

-     Uzan, babacan, dincəl!

Qoca varlı qadının evində üç gün qaldı. Yeyib içir, yatır, qəlyan çəkirdi. Ev sahibəsi onu ləziz təamlara qonaq edir, nəvazişli sözlər deyir, özü isə ürəyində acıqlanır, fikirləşirdi: "Bu qoca qanmaz burdan nə vaxt rədd olacaq!"

Amma qocanı qovmağa cürət etmir, qorxurdu: qovsa, bütün əzab-əziyyəti hədərə gedəcəkdi.

Dördüncü gün, qadının sevincinin həddi-hüdudu yox idi, axı qoca getməyə hazırlaşırdı. Varlı qadın onu yola salmaq istədi. Qoca darvazaya tərəf gedir, susurdu. Darvazadan çıxanda da bir söz demədi. Varlı qadın dözmədi və dedi:

-     De görüm, bu gün nə işlə məşğul olum?

Yolçu ona nəzər saldı və dedi:

-     Səhər tezdən nə işlə məşğul olsan axşama qədər о işi görəcəksən!

Qadın tez evə qaçdı, parçanı ölçmək üçün arşını qapdı. Birdən о bərkdən asqırdı, elə bərkdən ki, həyətdəki toyuq-cücə qorxudan pərən-pərən düşdü.

Bu minvalla о axşama kimi dayanmadan asqırdı:

-     Ap-çhi! Ap-çhi! Ap-çhi!

Nə yemək yeyir, nə su içir, nə də suallara cavab verə bilirdi. Ancaq bu səs eşidilirdi:

-     Ap-çhi! Ap-çhi! Ap-çhi!

Yalnız günəş batandan, qaş qaralandan sonra onun asqırmağı kəsildi.

Oxunub 4041 dəfə