Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« October 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Celil MemmedquluzadeCəlil Məmmədquluzadə (1869-1932)

Yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir (1887-1897). İlk bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini, «Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur) hekayəsini də bu dövrdə yazmışdır.

Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində «Şərqi - Rus» qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 1903-cü ildə yaratdığı “Poçt qutusu” əsəri 1904-cü ildə elə “Şərqi-Rus” qəzetində çap olunmuşdur. 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi işıq üzü görür və müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.

«Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu və «Molla Nəsrəddin» adı ilə məşhur oldu. Elə həmin vaxtda onun Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı.

Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun «Molla Nəsrəddin» jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir.

Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Onun «Poçt qutusu», «Usta Zeynal», «İranda hürriyyət», «Qurbanəli bəy» kimi hekayələri, məşhur «Ölülər» komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur («Anamın kitabı», 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi («Danabaş kəndinin məktəbi», 1921) problemlərinə geniş yer verilmişdir.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. NaxçıvandaCəlilabadda heykəli qoyulmuşdur. BakıdaNaxçıvanda ev-muzeyləri, NehrəmCəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.

4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş ədibin qəbri “Fəxri Xiyaban”dadır. Cəlil Məmmədquluzadənin nəvə-nəticələri bu gün dünyanın müxtəlif ölkələrində (Fransa, Polşaİranda) yaşayır.