Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« September 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30            

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 02 Dekabr 2011 10:52

Yusif Kərimov

BALACA TOPLAN

 P
ərviz bir çubuq götürüb Toplanın üstünə cumdu. Balaca Toplan şələ quyruğunu yelləyə-yelləyə həyətin aşağı tərəfində yığılmış çırpı tayasına tərəf götürüldü. Kiçik, kök, tüklü bədənini dartıb aparınca Pərviz ona bir neçə çubuq çəkdi. Toplan güclə özünü çırpının altına soxdu. Oradan qəşəng, qara gözlərini Pərvizə dikdi. Pərviz isə əlindəki çubuğu döyəcləməkdə davam edirdi:

-        Çıx ağacların altından. Sarı pişiyin südünü içməyi sənə göstərərəm...

Eyvanda dayanıb bu mənzərəni seyr edən Kərim baba həyətə endi. Çırpı tayasına yaxınlaşdı. Nəvəsinin saçlarını sığallayıb dedi:

Adam balaca heyvana dəyməz. Toplan qəşəngdir. Pərviz etiraz etdi:

Yox, Toplan pisdir. Heç kimdən icazə almadan südü içib.

-        Kərim baba əlini uzadıb, quru çırpıların arasından Toplanı götürdü.

-        Oğlum, - dedi, - sən gərək pişiyə qulaq asdığın kimi, Toplanı da bəsləyəsən. О da süd içmək istəyir.

Sonra balaca küçüyün yumşaq tüklərini sığallaya-sığallaya həyətin ortasındakı köşkə tərəf yollandı.

İndi gəl, sənə maraqlı bir əhvalat danışım, - deyə Pərvizi də çağırdı. Onlar köşkün altında oturdular. Balaca Toplan qorxaq nəzərlərlə Pərvizə baxırdı. Pərviz isə maraqla babasını dinləyirdi.

Günlərin birində sürünü dağdan arana endirirdim. Xeyli yol gəlmişdik, birdən gördüm ki, Boğar yoxdur. Nə qədər aradımsa tapa bilmədim. Kor-peşman qoyun-quzunu aşağı hayladım. Boğarı çox istəyirdim. O, çox qoçaq idi, neçə dəfə sürümüzü canavarların caynağından xilas etmişdi.

Payız dolandı, qış keçdi. Biz yenidən yaylağa, Keti dağının ətəklərinə qalxdıq. Boğarı heç unuda bilmirdim. Dumanlı-çiskinli günlərdə onun yeri daha çox görünürdü. Belə vaxtlarda Boğar sürüyə təkbaşına keşik çəkərdi. Bir yalquzaq qoyun-quzuya təpilə bilməzdi. Ancaq mən Boğarı itirmişdim. Canavarlarmı boğmuşdu, yoxsa azıb itkin düşmüşdü? Bilmirdim.

Bir gün Şişqayanın yanında qoyunu yaylıma buraxıb, göy otun üstündə uzanmışdım. Birdən qulağıma səs gəldi. Elə bil Boğar hürürdü. Cəld yerimdən qalxıb, səs gələn tərəfə qaçdım. Şişqayaya çatar-çatmaz yerimdə donub qaldım. Boğar qarşımda çömbəlmişdi, yanında isə mənim yapıncım.

Heyrətimdən donub qaldım. Vəfalı köpək bütün ili burada qalıb sahibinin yapıncısına keşik çəkmişdi, onu qurd-quşa verməmişdi. Boğar məni görcək bir neçə dofə hürdü. Bu, it hürüşündən çox gileyə oxşayırdı. Yaxınlaşıb, Boğarı qucaqladım.

О gündən biz qış-yay bir yerdə оlduq. Boğar kimi sadiq dostu yenidən tapmarıma sevindim, onu heç zaman gözüimdən kənara qoymadım.

Ötən yay Boğar görünməmiş qoçaqlıq göstərdi. Özü də... Yağışlı günlərin birində canavar iyi almış Boğar qoyun sürüsüinü yamacdan dərəyə endirir, özü isə qurdları sürüdən azdırmaq üçün baldırğanlığa doğru qaçır, hiyləgər qurdlar köpəyi tək görüb, onu tələyə salırlar. Boğar isə asanlıqla can vermir.

Səkkiz canavar boğur, neçəsini yaralayır, sürüdən bir qoyun da əskilmir...

Kərim baba balaca Toplanı sığallayıb söhbətinə belə yekun vurdu:

-        Oğlum, it vəfalı heyvandır, onu sevmək, əzizləmək lazımdır. Gördüyün bu Toplan isə həmin qoçaq Boğarın nəslindəndir.

Kərim baba susdu. Durub getmək istəyəndə Pərviz onun qabağını kəsdi.

-        Toplanı ver mənə, baba, - dedi. - Onu bir də incitmərəm. Toplan qorxa-qorxa Pərvizin qucağına cumdu, oğlan isə onun başını sığalladı:

-        Gedək, sənə süd verim, - dedi, - qorxma...

Oxunub 2876 dəfə
Daha çox bu kateqoriyadan: « LİFT LALƏ VƏ KƏPƏNƏK »