Səhifəni çap et
Çərşənbə axşamı, 10 Fevral 2015 21:38

Ana

Haqqını halal et, ana.
Həm sevincim, həm kədərim,
Həm günəşim, həm ayımsan.
Ümidimsən, pənahımsan.
Haqqını halal et, ana.

Beşiyimdə laylay çalan,
Gecələr yuxusuz qalan,
Könlümü oxşayan, alan,
Haqqını halal et, ana.

Oxunub 7414 dəfə