Səhifəni çap et
Çərşənbə axşamı, 13 Yanvar 2015 13:58

GÜLNAZ NƏNƏM

GÜLNAZ NƏNƏM

Evimizin bəzəyisən

Şəkərdən də şirinsən.

Sən mənim bir dənəmsən

Ay mənim Gülnaz nənəm!

Gül kimi ətirlisən,

Nazlısan, qəmzəlisən,

Ayımsan, günəşimsən,

Ay mənim Gülnaz nənəm.

Evimizdə böyüksən,

Amma uşaq kimisən.

Sənə söz demək olmur

Hər şeydən inciyirsən

Ay mənim Gülnaz nənəm.

Oxunub 8370 dəfə