Səhifəni çap et
Çərşənbə axşamı, 13 Yanvar 2015 13:56

YOLLARDA OL DİQQƏTLİ

YOLLARDA OL DİQQƏTLİ

Bircə an beynimdən çıxara bilsəm

Qara xəbər gələn dəhşətli anı.

Ürəyim dayandı, dondu qanım da

O acı xəbəri eşidən vaxtı.

Qəzaya uğradı gül balam mənim

Daha bitməz bağda gülüm, çiçəyim

Gül-çiçək olmasa bülbül də ötməz

Bülbülü susduran gözəl mələyim.

Sükan arxasına keçən sürücü,

Nə olar yollarda ol sən diqqətli!

Yaddan çıxarma ki, ömür qısadır.

Allahın verdiyi can əmanətdir!

Oxunub 7812 dəfə